18 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Cari vergi arayışı hansı hallarda tələb olunmur?

Vergi ödəyicisi mənfəət vergisinə cəlb olunan fəaliyyətlə məşğul olduqda ondan vergi arayışı tələb olunur. Bəs mənfəət vergisindən azad fəaliyyətlə məşğul olduqda? Mövzunu “vergiler.az”a iqtisadçı ekspert Emin Səttarov şərh edib.

Vergi Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyirlər. Hər ödəmənin məbləği isə əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir. Xüsusi notariuslar bu Məcəllənin 101.4-cü maddəsi ilə müəyyən edilmiş dərəcə ilə hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

Birinci hal: Vergi ödəyicisi 2021-ci il ərzində həm mənfəət vergisinə cəlb edilən, həm də mənfəət vergisindən azad fəaliyyətlə məşğul olub. 2021-ci ilin sonunda o, mənfəət vergisinə cəlb olunan fəaliyyəti dayandırır və 1 yanvar 2022-ci ildən yalnız məfəət vergisindən azad fəaliyyətlə məşğuldur. 2021-ci ilin nəticəsi olaraq mənfəət vergisinə cəlb olunan əməliyyatlar üzrə ümumilikdə 20.000 manat məbləğində mənfəət vergisi formalaşmış və növbəti ilin mart ayının 31-dək vergi ödənilmiş, bəyannamə təqdim edilmişdir. Vergi ödəyicisi 2022-ci il ərzində yalnız mənfəət vergisindən azad əməliyyatla məşğul olduğuna görə cari vergi arayışı təqdim etməməli və eyni zamanda cari vergi arayışı təqdim edilmədiyinə görə vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 151.1-ci və 37-ci maddəsinə əsasən vergi məbləği hesablanmamalıdır. Cari il ərzində vergi ödəyicisinin fəaliyyətində mənfəət vergisinə cəlb olunan əməliyyat olmadığından vergi məbləği də hesablanmır və arayış tələb olunmur.

İkinci hal: Vergi ödəyicisi 2021-ci il ərzində mənfəət vergisinə cəlb olunan əməliyyatla məşğul olub. 1 yanvar 2022-ci ildə Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən həmin fəaliyyət mənfəət vergisindən azad edilsə də, yuxarıda qeyd etdiyimiz kimi, 2021-ci il üzrə cari vergi arayışı təqdim edilməməli və Məcəlləsinin 151.1-ci maddəsinə əsasən hesablama aparılmamalıdır.

Üçüncü hal: İl ərzində fəaliyyətə başlayan və yalnız mənfəət (gəlir) vergisindən tam azad olunan əməliyyat aparan vergi ödəyicisi yuxarıdakı hallarda göstərildiyi kimi Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən cari vergi arayışı təqdim etməməli və ödəniş olmamalıdır.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri