16 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Biznesə daxilolma” işçi qrupunun iclası keçiriləcək

2022-ci il 30 noyabr tarixində saat 11:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” işçi qrupunun video-konfrans formatında iclası keçiriləcək.

İclasda Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 30 sentyabr 2022-ci il tarixdə təsdiq edilmiş Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsinin 1.1.1-ci bəndinin 5-ci hissəsində nəzərdə tutulmuş tədbir - kommersiya qurumlarının dövlət qeydiyyatı zamanı eyniləşdirmə tədbirlərinin təkmilləşdirilməsi (qeydiyyat prosesi zamanı BMT-nin qərarlarına uyğun sanksiya tətbiq edilmiş şəxslər haqqında məlumata giriş imkanının yaradılması, təsisçi və rəhbərin bu siyahı üzrə yoxlanılması) sahəsində beynəlxalq təcrübələrin araşdırılması, beynəlxalq sənədlərdə nəzərdə tutulan tövsiyələrin milli qanunvericilik və inzibatçılıqla müqayisəsi, həmin sahədə ölkədə mövcud olmayan təcrübələrin tətbiqi ilə bağlı təkliflərin hazırlanması məsələləri, eləcə də qarşıda duran vəzifələr müzakirə ediləcək. Bundan başqa, tədbirdə Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə hazırlanmış Azərbaycan Respublikasının Qanun layihələri və Azərbaycan Respublikası Prezidentinin Fərman layihələri barədə məlumat veriləcək.

Vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın https://azranking.az internet portalının “onlayn müraciət (https://azranking.az/online-apply)” bölməsi və keçiriləcək iclasla əlaqədar “Təklif göndər” onlayn xidməti vasitəsilə İşçi qrupunun işində iştirak edərək aidiyyəti sahə və məsələlər barədə təkliflər verə bilərlər.

VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi? VergiFərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir? VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər? VergiVergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır? VergiTəsisçisi eyni olan şirkətlərin bir-birinə borc verməsi necə tənzimlənir?