27 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Obyektlərin yenidən uçota alınması qaydası təsdiq edilib

Vergilər Nazirliyi Kollegiyasının təsdiq etdiyi "Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması qaydası" Vergi Məcəlləsinin 34.3-1-ci maddəsinə uyğun hazırlanıb və təsərrüfat subyektinə malik olan vergi ödəyicilərinin yenidən uçota alınması qaydalarını müəyyən edir. Bu qayda ən azı bir təsərrüfat subyekti (obyekti) olan vergi ödəyicilərinə aiddir. Qaydanın müddəaları mərkəzləşdirilmiş qaydada uçota alınmış vergi ödəyicilərinə şamil edilmir.

Yeni qaydaya əsasən, vergi ödəyicisinin bir obyekti olduqda və həmin təsərrüfat subyekti vergi ödəyicisinin olduğu yerdən kənarda yerləşdikdə, sahibi obyektin olduğu ünvan üzrə bu Qaydanın 1.3-cü bəndinə uyğun olaraq verilən rəy əsasında yenidən uçota alınır. Vergi ödəyicisinin obyekti vergi uçotundan çıxarıldıqda, həmin vergi ödəyicisi olduğu yer üzrə yenidən uçota alınmalı və bu barədə növbəti ayın 20-dək Maliyyə Nazirliyinə məlumat təqdim edilməlidir.

İki və daha çox obyekti olan vergi ödəyicisi İqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınmalıdır. Mərkəzin yerləşdiyi ünvan üzrə yenidən uçota alınma vergi ödəyicisinin müraciəti və ya vergi orqanının təşəbbüsü ilə həyata keçirilir.

Qaydanın 1.3-cü bəndinə əsasən, obyekt sahibi olan vergi ödəyicilərinin yenidən uçota alınması Vergilər Nazirliyinin təhlil strukturunun iyun ayının 5-dək verdiyi rəy əsasında Vergilər Nazirliyi tərəfindən vergi ilindən sonrakı ilin yanvar ayında həyata keçirilir. Verilən rəydə qeyd edilən vergi ödəyiciləri barədə məlumatlar Maliyyə Nazirliyi ilə razılaşdırılmış formada rəyin alındığı ilin iyun ayının 15-dək Maliyyə Nazirliyinə təqdim edilməlidir. Qaydaya əlavə edilən bildiriş də təsdiq edilib.

Sənədlə daha ətraflı aşağıdakı linkdən tanış ola bilərsiz.

taxes.gov.az/uploads/2019/pdf/

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?