4 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

DVX nümayəndələri Macarıstanda keçirilmiş beynəlxalq forumda iştirak ediblər

Macarıstanın paytaxtı Budapeşt şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) tərəfindən “Vergi inzibatçılığına inamın artırılması” adlı kommunikasiya forumu keçirilib. Hibrid formada baş tutmuş tədbirdə 47 ölkədən 57 nümayəndə iştirak edib, 44 nəfər isə tədbirə onlayn formada qoşulub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) İnsan resursları baş idarəsinin rəis müavini Ceyhun Mehdiyev və Media və kommunikasiya idarəsinin əməkdaşı Ülkər Nəbiyeva tədbirdə iştirak ediblər.

Forumun açılış mərasimində IOTA-nın vergi məsələləri üzrə eksperti Massimo Morarelli iştirakçıları salamlayaraq tədbirin mahiyyəti barədə məlumat verib. Bildirib ki, forum müxtəlif ölkələrin vergi sistemlərinin kommunikasiya sahəsində təcrübə mübadiləsinin təşkili istiqamətində faydalı platformadır.

Forumda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsinin əməkdaşı Ülkər Nəbiyeva “İctimaiyyətlə etimad üzərində qurulmuş əlaqələr uğura aparan yoldur” mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı DVX-nin xarici kommunikasiya sahəsində gördüyü işlər, vergi ödəyiciləri və ictimaiyyətlə əlaqələrin prinsipləri, həyata keçirilən tədbirlər, kommunikasiyanın müasir tələblərə uyğun qurulması üçün tətbiq olunan alətlər, rəqəmsallaşma barədə ətraflı izahat verilib. Bundan başqa, DVX-nin maarifləndirmə işləri, bu istiqamətdə yaradılmış kommunikasiya kanalları və alətləri barədə nümunələr təqdim edilib, görülən işlərin nəticələri barədə tədbir iştirakçılarına məlumat verilib. Təqdimatdan sonra İnsan resursları baş idarəsinin rəis müavini Ceyhun Mehdiyev və Media və kommunikasiya idarəsinin əməkdaşı Ülkər Nəbiyeva DVX-nin fəaliyyəti barədə ünvanlanmış sualları cavablandırıblar.

Forum çərçivəsində daxili və xarici kommunikasiyanın təkmilləşdirilməsinin vergi sisteminə inamın yaradılmasında və artırılmasında rolu mövzusunda qrup müzakirələri təşkil olunub. DVX-nin nümayəndələri müzakirələr zamanı təmsil etdikləri qurumun təcrübəsini bölüşüb və təkliflər səsləndiriblər.

Forumun növbəti günlərində İspaniya, Norveç, İtaliya, Rumıniya, Finlandiya, Litva, İsveçrə və Britaniyadan olan çıxışçıların təqdimatları dinlənilib. Yekunda 2023-2024-cü illərdə Kommunikasiya Mandatı üçün prioritet mövzular və çağırışlar müəyyənləşdirilib. Forum iştirakçıları bu sahədə təkliflərini səsləndiriblər.

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması