15 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq seminarda iştirak ediblər

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Özbəkistan Respublikasının Səmərqənd şəhərində “Vergi və gömrük siyasətinin islahatı, habelə gəlirlərin inzibatçılığının rəqəmsallaşdırılması (təcrübə mübadiləsi)” mövzusunda keçirilmiş beynəlxalq dəyirmi masada iştirak ediblər.

İki gün ərzində 6 dövlətin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın maliyyə, vergi və gömrük orqanları nümayəndələrinin iştirakı ilə vergi siyasəti, vergi və gömrük inzibatçılığının aktual məsələləri müzakirə olunub. Tədbirdə ölkəmizi Dövlət Vergi Xidməti rəisinin müşaviri, Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Elçin Məmmədov və Vergi siyasəti baş idarəsinin Vergi siyasəti idarəsinin rəisi Oqtay Yaqubov təmsil ediblər.

Dəyirmi masanın 1-ci günü vergi siyasətinə dair müxtəlif mövzulara və problemlərə toxunulub. İştirakçı ölkələr ilə vergi güzəştlərinin effektivliyi, vergi dərəcələrinin differensiallaşdırılması, investisiya cəlbediciliyinin artırılması üçün vergi siyasəti mexanizmlərindən istifadə, fiziki şəxsin gəlir vergisinin və sosial verginin təkmilləşdirilməsi yolu ilə qeyri-rəsmi məşğulluq səviyyəsinin azaldılması, əmlak və torpaq vergilərinin daşınmaz əmlak obyektlərinin kadastr dəyərinə əsasən hesablanmasına keçid və s. məsələlər müzakirə olunub.

Tədbirin 2-ci günü müzakirələrdə rəqəmsallaşmanın vergi yığımlarının effektivliyinin artmasına, xərclərin azalmasına, korrupsiya ilə daha effektiv mübarizəyə, əməliyyatların izlənməsinə və şəffaflığın artmasına səbəb olduğu qeyd edilib. Bildirilib ki, son illər ərzində vergi administrasiyaları elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsinə və vergi nəzarətinin artırılmasına daha çox üstünlük veriblər ki, bu da vergi daxilolmalarının artması ilə nəticələnib. Mövcud texnologiyaların vergi inzibatçılığına inteqrasiyasının müsbət nəticələr verdiyi, “görünməz” vergi inzibatçılığı adlandırılan rəqəmsallaşdırılmış nəzarət mexanizmlərinin rolunun artdığını nəzərə alınaraq, Dünya Bankının nümayəndələri tərəfindən uzunmüddətli rəqəmsal xəritənin hazırlanması tövsiyyə olunub.

Dəyirmi masada vergi və gömrük siyasətinin təkmilləşdirilməsi, gəlirlərin inzibatçılığı, vergi və gömrük orqanlarının rəqəmsal transformasiyası ilə bağlı təcrübə və fikir mübadiləsi aparılıb.

VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi? VergiHansı sahibkarlıq subyektləri xammal və material sərfi normaları barədə vergi orqanına məlumat verməlidir?