10 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Vergi Xidməti CRF-nin konfransında təmsil olunub

Korporativ Qeydiyyatçılar Forumu (CRF) və Maldiv Respublikasının İqtisadi İnkişaf Nazirliyinin birgə təşkilatçılığı ilə Forumun illik konfransı keçirilib. Tədbirdə 30-a yaxın ölkənin qeydiyyat orqanlarının nümayəndələri, o cümlədən beynəlxalq və regional təşkilatlarının, tədqiqat institutları və işgüzar dairələrin nümayəndələri iştirak ediblər. Forumda ölkəmizi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Dövlət qeydiyyatı Baş İdarəsinin rəisi Ələkbər Məmmədov təmsil edib.

“Pandemiyadan sonrakı dövr üçün Biznes Reyestrlərinin Transformasiyası” mövzusunda keçirilən tədbirin məqsədi biznes reyestrləri üçün daha möhkəm gələcək qurmaqda ideya və təcrübə mübadiləsinin təşkili olub. Konfransda “Kommersıya qurumlarının dövlət qeydıyyatı: aparılan islahatlar, problemlər və gələcək planlar” mövzusunda təqdimatla çıxış edən Ə.Məmmədov DVX-nin rəqəmsal texnologiyalar vasitəsilə qeydiyyat prosedurlarının asanlaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər və bir prosedurla sürətli qeydiyyata nail olunması layihəsi ilə bağlı təcrübəni bölüşüb, vergi ödəyicilərinə hərtərəfli və müasir xidmətlər göstərmək məqsədilə yeni layihələr barədə məlumat verib.

Konfrans çərçivəsində təşkilatın illik ümumi yığıncağı keçirilib, CRF-nin İcraiyyə Komitəsində vakant yerlərin tutulması üçün namizədlərə, üzvlük haqlarına, maliyyə hesabatlarına münasibət bildirilməsi üçün səsvermə təşkil olunub.

Qeyd edək ki, Korporativ Qeydiyyatçılar Forumu kommersiya qeydiyyatçılarının xidmətlərinin yaxşılaşdırılması və qeydiyyat sahəsində müxtəlif ölkələrin aidiyyəti orqanları arasında əməkdaşlığın inkişafı məqsədilə 2003-cü ildə Yeni Zelandiyanın Okland şəhərində təsis edilib və hazırda qeydiyyat sahəsində geniş təcrübəyə malik olan Böyük Britaniya, Sinqapur, Yeni Zelandiya, Avstraliya və Kanada kimi ölkələr də daxil olmaqla, üzv ölkələrin qeydiyyatla məşğul olan 60 qurumunu birləşdirir. Forumun əsas məqsədi nümayəndələrin beynəlxalq korporativ biznes qeydiyyatı sahəsində son yeniliklərlə tanış olması, korporativ biznes qeydiyyatı sistemlərinin hazırki və gələcək əməliyyatlarına dair təcrübə və məlumat mübadiləsinin aparılmasıdır.

2003-cü ildən etibarən Forum hər il öz üzvlərinə korporativ reyestr menecerləri arasında mübadilə aparmaq imkanı yaradan, qeydiyyat sahəsində əməkdaşlıq çərçivəsində effektiv dialoq üçün bir platforma rolunu oynayan illik konfranslar keçirir.

2012-ci ildə CRF-nin tamhüquqlu üzvlüyünə qəbul edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2021-ci ildə “Bir prosedurla dövlət qeydiyyatı” (“State registration with single procedure”) layihəsi ilə Korporativ Qeydiyyatçılar Forumunun “Təqdir” kateqoriyasında İnnovasiya Mükafata layiq görülüb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?