10 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qablaşdırma fəaliyyəti ilə məşğul olan şirkətlərin təmsilçiləri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklər və təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir.

DVX-nin Vergi siyasəti Baş İdarəsi tərəfindən təşkil edilmiş növbəti belə görüş “Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası” İctimai Birliyi və qablaşdırma fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin nümayəndələri onlayn formatda keçirilib. Görüşdə iştirakçıların səsləndirdiyi məsələlər, o cümlədən vergi uçotunda olmayan şəxslərdən mal alışı ilə bağlı elektron alış aktlarının tərtibi, ödəmə mənbəyində verginin tutulması, üzləşmə aktlarının tərtibi və sahə üzrə idxaldan asılılığın azaldılması istiqamətində təkliflər müzakirə edilib, vergi qanunvericiliyinin tətbiqi barədə suallar cavablandırılıb. Dövlət-biznes əməkdaşlığının inkişafı və vergitutma mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı sahibkarların rəy və təkliflərinin öyrənilməsi istiqamətində görüşlərin mütəmadi olaraq davam etdiriləcəyi diqqətə çatdırılıb.

VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?