10 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları”nda dəyişikliklər edilib

“Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları”nda dəyişikliklər edilib

İqtisadiyyat Nazirliyinin kollegiyasının qərarı ilə “Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmuş bir sıra sənəd formalarının və qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Vergilər Nazirliyinin kollegiyasının 2017-ci il 27 yanvar tarixli qərarında dəyişiklik edilib.

Belə ki, beynəlxalq vergitutma sahəsində dəyişən tendensiyaların nəzərə alınması, beynəlxalq vergitutma prinsiplərinin tətbiq edilməsi, transfer qiymətləri ilə bağlı aparılan sövdələşmələrin beynəlxalq standartlara uyğunluğunun təmin olunması, xüsusilə də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Vergitutma Bazasının Aşınması və Mənfəətin Köçürülməsi (BEPS) üzrə Fəaliyyət planlarından irəli gələn məsələlərin adıçəkilən Qaydalarda təsbit edilməsi və transfer qiyməti üsulunun əvvəlcədən müəyyənləşdirilməsi (APA) yanaşmasının təkmilləşdirilməsi məqsədilə “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları”nda dəyişikliklər edilib. Dəyişikliklər, həmçinin, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2021-ci il 3 dekabr tarixli Qanunun tətbiqi, habelə həmin qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə ölkə Prezidentinin 2021-ci il 29 dekabr tarixli fərmanının icrasını təmin etmək məqsədini daşıyır.

Qaydalara edilmiş dəyişikliklərlə Dövlət Vergi Xidmətinin rəsmi internet saytının “Beynəlxalq vergi münasibətləri” bölməsində Transfer qiymətləri modulunda (https://www.taxes.gov.az/az/page/beynelxalq-vergi-munasibetleri) tanış olmaq mümkündür.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?