7 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi islahatları sağlam və rəqabətli biznes mühitinə dəstək verir

Biznes və investisiya mühitinin formalaşmasında vergi siyasəti önəmli rola malikdir. Hər bir ölkədə bu mühit həmin ölkənin xarici investisiyalar cəlb etmək və kiçik və orta müəssisələri inkişaf etdirmək qabiliyyətini müəyyən edən başlıca amildir. Xarici investorlar sağlam iqtisadi şəraitə malik və maliyyə risklərinin minimum səviyyədə olduğu ölkələrə investisiya yatırmağı üstün tuturlar. Səmərəli investisiya mühiti hər bir ölkənin iqtisadi inkişafına mühüm təkan verir. Birbaşa xarici investisiyaların məşğulluğu və məhsuldarlığı artırmaq, qabaqcıl təcrübənin tətbiqi, ixracı genişləndirmək potensialı var. Bütün bunlar iqtisadi tərəqqi üçün əhəmiyyətli amillər hesab olunur. Azərbaycanda iqtisadi artım və inkişaf məqsədlərinə uyğun xarici investisiyaların cəlb edilməsi və həcminin artırılması istiqamətində mühüm təşəbbüslərın həyata keçirilməsi əsas hədəflərdəndir. İnvestorlara dəstək məqsədilə iş icazələrinin alınması və sahibkarlıq subyektlərinin qeydiyyatı, potensial biznes tərəfdaşları ilə əlaqələrin qurulması, məqsədyönlü subsidiyalar yolu ilə layihələrin maliyyələşdirilməsi və digər tədbirlər prioritet hesab olunur.

“Bir pəncərə” sisteminin tətbiqindən sonra Azərbaycanda biznesə başlama
prosedurları 15-dən 2-yə və bunun üçün sərf olunan vaxt isə 30 gündən 2 günə
endirilib. Bundan başqa, hazırda vergi orqanları tərəfindən vergi
ödəyicilərinə 63 sayda elektron xidmət təqdim olunur ki, bu xidmətlər də
xarici investorlarun fəaliyyəti üçün çevik imkanlar yaradır.

İnvestorlar üçün cəlbedici şərtlər

Ölkəmizdə həyata keçirilən vergi islahatlarının əsas istiqamətlərindən biri investisiyaları, xüsusilə də xarici sərmayələri təşviq etmək və onlar üçün əlverişli vergi mühitinin təmin edilməsidir. Bu baxımdan əlverişli biznes mühitin yaradılması və sahibkarlıq subyektlərinin dövlət orqanlarında qeydiyyata alınması proseslərinin asanlaşdırılması üçün “bir pəncərə” prinsipi üzrə sahibkarlıq fəaliyyəti subyektlərinin vahid dövlət qeydiyyatının aparılması əhəmiyyətli addımdır. “Bir pəncərə” sisteminin tətbiqindən sonra Azərbaycanda biznesə başlama prosedurları 15-dən 2-yə və bunun üçün sərf olunan vaxt isə 30 gündən 2 günə endirilib. Bundan başqa, hazırda vergi orqanları tərəfindən vergi ödəyicilərinə 63 sayda elektron xidmət təqdim olunur ki, bu xidmətlər də xarici investorlarun fəaliyyəti üçün çevik imkanlar yaradır. İnvestisiyaların təşviqi və əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində mühüm tədbirlərdən biri qanunvericilikdə aparılmış dəyişikliklərdir. Bu məqsədilə son dövrlərdə Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər nəticəsində vergi güzəşt və azadolmalarının sayı artıb. Xarici investorlar yerli sahibkarlar kimi bu güzəştlərdən yararlana bilirlər.

Ölkəmizdə xarici şirkətlərin sayı artır

Həyata keçirilən tədbirlər Azərbaycanda xarici investisiyalı müəssisələrin sayının artmasına və onların fəaliyyətinin genişlənməsinə səbəb olub. 2022-ci ilin iyul ayının 1-nə 18589 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. 2022-ci ilin iyul ayının 1-nə fəaliyyəti aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,7 faiz artıb. 2022-ci ilin iyun ayında 439 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Bu isə 2021-ci ilin müvafiq dövrü (104) ilə müqayisədə 4,2 dəfə çoxdur. İyun ayında qeydiyyata alınmış xarici investisiyalı kommersiya qurumlarının 432-nin fəaliyyəti aktivdir. Ay ərzində qeydiyyata alınmış 433 xarici investisiyalı kommersiya hüquqi şəxsdən 412-i və ya 95,2 faizi 100% xarici investisiyalı, 21-i (4,8 faiz) isə birgə mülkiyyətli hüquqi şəxslərdir. 2022-ci ilin yanvar-iyun ayları ərzində qeydiyyatdan keçmiş aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,8 dəfə çoxdur.

Bu günə qədər vergi sahəsində ümumilikdə 94 beynəlxalq müqavilə bağlanıb və
onlardan 55-i ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı sazişlərdir.

Davamlı təşəbbüslər, yeni investisiyalar...

Vergi orqanları tərəfindən invesitisya mühitinin təkmilləşdirilməsi istiqamətində işlər davamlı olaraq aparılır. Qloballaşan iqtisadiyyatda ölkəyə birbaşa investisiyaların cəlb edilməsində ikiqat vergitutmanın aradan qaldırılması sazişlərinin əhəmiyyəti böyükdür. Belə ki, qeyri-rezidentlər ölkəyə investisiya yatırmazdan əvvəl onların həmin ölkədə əldə etdikləri gəlirlərin iki dəfə vergiyə cəlb edilməsini aradan qaldıracaq müvafiq beynəlxalq müqavilələrin mövcudluğuna önəm verirlər. Bu baxımdan, ikiqat vergitutmanın aradan qaldırılmasına dair sazişlər üzrə xarici ölkələrin səlahiyyətli orqanları ilə danışıqların aparılması, saziş layihəsinin maddələrinin ölkənin iqtisadi mənafeyinə uyğun qarşı tərəflə tam razılaşdırılması vergi orqanlarının işinin əsas prioritetlərindəndir. Bu günə qədər vergi sahəsində ümumilikdə 94 beynəlxalq müqavilə bağlanıb və onlardan 55-i ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı sazişlərdir. “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası Azərbaycanda biznes mühitinin inkişafı üçün yeni mərhələ olacaq. Sənəddə investisiyalar üçün əlverişli vergi şərtlərinin tətbiqi və stimulların verilməsi nəzərdə tutulub. Bu islahatların həyata keçirilməsi sayəsində biznes mühiti daha da sağlamlaşdırılacaq, milli iqtisadiyyata etimadın daha da artması ilə xarici investorların ölkə iqtisadiyyatında fəallığı genişlənəcək və nəticədə ölkəmizə böyük həcmdə daxili və xarici investisiyalar cəlb ediləcək.

Gülay NƏBİYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?