23 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İştirak payının və səhmin təqdim olunmasından əldə edilən gəlir üzrə vergi öhdəliyi

İki təsisçisi olan, nizamnamə kapitalı 100 manat təşkil edən müəssisədə təsisçilərdən biri iki il ərzində 60 faiz paya (60 manat) malik olub. Sonradan həmin təsisçi digər təsisçinin təsis paylarını da alaraq 100 faiz paya sahib olmaqla yeganə təsisçi kimi fəaliyyət göstərir. Daha bir il keçdikdən sonra isə 100 faiz paya sahib olan yeganə təsisçi təsis paylarını üçüncü şəxsə satır.

Bu halda:

  1. Azadolma tətbiq ediləcəkmi?
  2. Əgər azadolma tətbiq ediləcəksə, tam məbləğə uyğun, yoxsa 3 il ərzində mülkiyyətində olan 60 faiz paya uyğun tətbiq olunacaq?

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.1.27-ci və 106.1.19-cu maddələrinə əsasən, vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi müvafiq olaraq gəlir və mənfəət vergilərindən azaddır. Göründüyü kimi, güzəşt azı üç il ərzində mülkiyyətdə olan iştirak payının və ya səhmin təqdim edilməsinə münasibətdə tətbiq olunur. Üç ildən az müddətə mülkiyyətdə olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərin 50 faizinin müvafiq olaraq gəlir və mənfəət vergilərindən azad edilməsi qanunvericilikdə nəzərdə tutulmur.

Bu maddələrin müddəalarına uyğun olaraq, güzəşt 3 (üç) il ərzində mülkiyyətdə olan paya - sualda qeyd edilən halda, 60 faiz paya münasibətdə tətbiq olunur.

Əsas: Vergi Məcəlləsi, 102.1.27-ci və 106.1.19-cu maddələr

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?