8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2022-ci ilin 6 ayında vergi daxilolmaları və digər ödəmələr haqqında məlumat

Vergi daxilolmaları

2022-ci ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 6 milyard 482 milyon 48,5 min manat vergi daxil olub, proqnoza 146,7 faiz əməl edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 49,3 faiz və ya 2,1 milyard manatdan çox artıb.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 4 milyard 398 milyon 63,4 min manat olub, proqnoza 128,6 faiz əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 978 milyon 146,8 min manat vəsait daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 38,1 faiz və ya 1 milyard 214 milyon 119,1 min manat artıb.

Ödənilən vergilərin 67,8 faizi qeyri-neft-qaz sektorunun, 32,2 faizi isə neft-qaz sektorunun payına düşüb.

Sosial sığorta ödəmələri

2022-ci ilin yanvar-iyun aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 225 milyon 624,2 min manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 21 faiz və ya 385 milyon 800,6 min manat artıb, daxilolmalar üzrə proqnoz 236 milyon 627 min manat artıq icra edilib.

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 20,2 faiz artaraq 1 milyard 389 milyon 225,2 min manat təşkil edib, proqnoz 119,5 faiz icra olunub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 faiz artaraq 77 milyon 35,8 min manat olub, proqnoz 117,9 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 20,8 faiz artaraq 55,9 milyon manat təşkil edib, proqnoz 126 faiz icra olunub.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 44,4 faiz artaraq 385,8 milyon manat olub, proqnoz 107 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 54,9 faiz artaraq 259,9 milyon manat təşkil edib, daxilolmalar üzrə proqnoz 106,2 faiz icra olunub.

Əmək müqavilələrinin sayı

3 ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. İş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 294,7 min vahid artıb və bu il iyul ayının 1-nə 1 milyon 696,6 minə çatıb. Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 255,8 min vahid artaraq 795,7 min olub.

Qeydiyyata alınmış vergi ödəyiciləri

2022-ci il iyul ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,4 faiz artaraq 688.011 olub. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 6,8 faiz artıb və 37.029 vahid təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 2,4 faiz artaraq 187.680-a çatıb.

Onlayn nəzarət-kassa aparatlarının tətbiqi

Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 66.339 ədəd yeni nəsil NKA quraşdırılıb. Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2022-ci ilin yanvar-iyun aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 10 milyard 636 milyon 507,3 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 55,2 faiz çoxdur.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?