23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Fransa-Azərbaycan Ticarət Palatasının üzləri ilə görüş keçirilib

Fransa-Azərbaycan Ticarət Palatasının üzləri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Fransa-Azərbaycan Ticarət Palatasının birgə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Fransa-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə görüş keçirilib. Görüşdə Palata üzvlərinə növbəti il üçün Vergi Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliklərin əsas istiqamətləri barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, Dövlət Vergi Xidmətinin sahibkar birlikləri və assosiasiyaları ilə əməkdaşlığının əsas istiqamətlərindən biri də vergi siyasətinin müəyyənləşdirilməsi prosesində fikir mübadiləsinin aparılması və təkliflərin öyrənilməsi üçün müvafiq görüşlərin keçirilməsidir.

Dövlət Vergi Xidmətinin Vergi siyasəti, Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarələrinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə keçirilən görüşdə Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov dəyişikliklərin əsas istiqamətlərini özündə əks etdirən təqdimatla çıxış edib.

Tədbirdə Vergi Məcəlləsinə 03.12.2022-ci il tarixli qanunla edilmiş və 01.01.2022-ci ildən qüvvəyə minən dəyişikliklərlə bağlı yaranan suallar DVX-nin rəhbər vəzifəli şəxsləri tərəfindən cavablandırılıb.

VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı?