12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ödənilmiş əmlak vergisi

Vergi Məcəlləsinin 199.12-ci maddəsində qeyd edilən "özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisi" dedikdə, hansı məbləğ nəzərdə tutulur? Yəni dövlət əmlakı özəlləşdirildikdən sonra istənilən hesabat ili üçün vergi ödəyicisi tərəfindən ödənilmiş əmlak vergisi nəzərdə tutulur? Ümumiyyətlə, bu güzəşt hüququ hansı ilədək hesablanaraq ödənilmiş əmlak vergisinə münasibətdə tətbiq olunacaq?

2019-cu il yanvarın 1-dən 2022-ci il yanvarın 1-dək özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisi Vergi Məcəlləsinin 199.12-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində vergi ödəyicisinin ərizəsi əsasında qaytarılır və ya onun razılığı ilə sonrakı vergi öhdəliklərinin yerinə yetirilməsinə aid edilir. Vergi ödəyicisi bu güzəşt hüququndan, özəlləşmənin başa çatdığı hesabat dövrü də daxil olmaqla, güzəştin qüvvədə olduğu müddət ərzində istənilən hesabat ilində istifadə edə bilər. Eyni zamanda, bu güzəşt hüququ eyni əmlaka görə yalnız bir hesabat ili üzrə tətbiq edilir.

Misal:
"A" MMC tərəfindən 2019-cu ildə özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə 2020-ci ildə 10.000 manat əmlak vergisi ödənilmiş, digər vergilər üzrə hesablanmış və ödənilmiş verginin məbləği 15.000 manat təşkil etmiş və ərizə ilə müraciət edildiyi tarixə dövlət büdcəsinə borcu olmamışdır.

Digər vergilər üzrə hesablanmış və ödənilmiş verginin məbləği – 15.000 manat;
Özəlləşdirilmiş dövlət əmlakına görə əmlak vergisinin məbləği – 10.000 manat.

Bu halda, əmlak vergisinin qaytarılımasına dair ərizə ilə müraciət edildiyi tarixə vergi ödəyicisinin dövlət büdcəsinə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadığı və digər vergilər üzrə hesablanmış və ödənilmiş verginin məbləği ödənilmiş əmlak vergisindən çox olduğu üçün 10.000 manat məbləğində vergi geri qaytarıla və ya digər vergilərlə əvəzləşdirilə bilər. Bu hüquq vergi ödəyicisinə bir dəfə verilir, növbəti illərdə həmin əmlaka görə hesablanmış və ödənilmiş əmlak vergisi geri qaytarılmır və ya digər vergilərlə əvəzləşdirilmir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?