11 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dövlət Vergi Xidməti biznes assosiasiyaları ilə əməkdaşlığı davam etdirir

Dövlət Vergi Xidməti biznes assosiasiyaları ilə əməkdaşlığı davam etdirir

Qanunvericiliyin ictimai münasibətlərin tələblərinə uyğunlaşdırılması və icra mexanizmlərinin effektivliyinin artırılması əlverişli biznes mühitinin formalaşdırılması üçün böyük əhəmiyyət daşıyır. Bu səbəbdən vergi ödəyiciləri və biznes assosiasiyalarının vergi siyasətinin müəyyənləşdirilməsi prosesində iştirakının təmin edilməsi məqsədilə mütəmadi görüşlər keçirilir.

Növbəti belə görüş Dövlət Vergi Xidməti və AMCHAM-ın birgə təşəbbüsü ilə növbəti il üçün Vergi Məcəlləsində gözlənilən dəyişikliklərin əsas istiqamətləri barədə mərhələli məlumatlandırma prosesi ilə bağlı təşkil edilib. AMCHAM-a üzv olan vergi ödəyicilərinin 70-ə yaxın nümayəndəsinin, eləcə də Dövlət Vergi Xidmətinin müvafiq struktur bölmələrinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə keçirilən görüşdə Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov təqdimatla çıxış edərək Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərin əsas istiqamətləri barədə ətraflı məlumat verib.

Görüşdə sahibkarların sualları ətraflı cavablandırılıb.

VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi?