5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Vergi Xidmətinin nümayəndə heyəti Türkiyədə səfərdə olub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) nümayəndə heyəti Türkiyə Respublikasının Gəlir İdarəsi Başqanlığı ilə birgə İşçi qrupunun ilk iclasında iştirak məqsədilə Ankara şəhərinə səfər edib.

İşçi qrupunun yaradılması bir müddət öncə tərəflər arasında aparılan danışıqlar zamanı qərara alınıb. Məqsəd müvafiq mövzular üzrə təcrübə mübadiləsinin aparılması, qarşılıqlı maraq kəsb edən ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsidir.

İclasın açılış mərasimində çıxış edən Türkiyə Respublikasının Gəlir İdarəsi Başkanlığının nümayəndəsi Ahmet Yıldırım tədbir iştirakçılarını salamlayaraq bildirib ki, tarixi dostluq, qardaşlıq, qarşılıqlı etimad, səmimi münasibətlər və yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri möhkəmlənməkdə və inkişaf etməkdədir: “Əlaqələrimizin inkişafı təkcə ölkələrimizin deyil, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Azərbaycan və Türkiyə arasında formalaşmış yüksək səviyyəli siyasi və iqtisadi əməkdaşlıq vergi münasibətləri sahəsində də əlaqələrin gücləndirilməsini zəruri edir. Bu baxımdan, Dövlət Vergi Xidməti ilə Gəlir İdarəsi Başqanlığının daha sıx əməkdaşlıq üçün geniş imkanları mövcuddur”.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini, nümayəndə heyətinin rəhbəri Samirə Musayeva çıxışında qeyd edib ki, xalqlarımızın milli, mənəvi yaxınlığı ilə şərtlənən münasibətləri qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa əsaslanır. Ölkələrimiz arasında yüksək səviyyəli siyasi əlaqələr və iqtisadi əməkdaşlıq mövcuddur. S.Musayeva qeyd edib ki, DVX islahat yönümlü, beynəlxalq tələbləri rəhbər tutan müasir dövlət qurumu olmaqla, xarici ölkələrin vergi orqanları ilə sıx əməkdaşlıq edir. Xidmətin əsas hədəfləri vergilərin tam şəkildə dövlət büdcəsinə ödənilməsi, ölkədə vergi mədəniyyətinin yüksəldilməsi, “kölgə iqtisadiyyatı”nın səviyyəsinin azaldılması, vergidən yayınmanın qarşısının alınması, vergitutmanın optimallaşdırılması və çevik inzibatçılığın yaradılması istiqamətində qabaqcıl təcrübələri öyrənmək və milli vergi sistemində tətbiqini həyata keçirməkdir. S.Musayeva qeyd edib ki, Türkiyə səfəri çərçivəsində İşçi qrupunun üzvləri bilgi və xidmət texnogiyaları, internet vergi dairəsinin e-xidmətləri, vergi xidmətində tətbiq edilən risk analizləri və meyarları, elektron ticarətin izlənməsi və s. kimi mövzularla bağlı təcrübələrlə tanış olmaq niyyətindədirlər.

Səfər zamanı Türkiyə Gəlir İdarəsi Başqanlığının bir neçə idarəsinin nümayəndələri ilə görüş keçirilib. Həmin görüşlərdə “Türkiyənin vergi sistemi”, “Vergi prosessual qanunu və cəza müddəaları”, “Vergi borcunun alınması qaydaları və əsasları”, “İnformasiya və kommunikasiya texnologiyaları”, “İnternet vergi idarəsi – VEDOP”, “Elektron xidmətlər: e-qaimə, e-faktura, e-kitab, e-bilet” mövzularında təqdimatlar dinlənilib, müzakirələr aparılıb.

Səfərin növbəti günlərində Türkiyə tərəfi “Elektron bəyannamə sistemi: mikro sahibkarlar üçün bəyanetmə sistemi, hazır bəyannamə sistemi”, “İnvestisiya güzəşt alətləri: mənfəət vergisi üzrə güzəştlər, ƏDV üzrə güzəştlər, turizm gəlirlərinin və sənaye istehsalının artırılması üçün tətbiq edilən vergi rejimləri”, “Transfer qiymətləndirmə sahəsində risklərin idarə edilməsi, audit və iş yeri gəlirlərinin müəyyənləşdirilməsi”, “Vergi ödəyicilərinin risk profili, audit üçün təsnifatı və seçimi”, “Risklərin idarə edilməsi: “ƏDV geri al” sisteminin riskinin təhlili (KDVIRA)”, “Elektron ticarətin izlənilməsi”, "Ödənişlərin qeydiyyatı cihazları”, “Qeyri-rəsmi iqtisadiyyatla mübarizə” mövzularında təqdimatlar keçirib.

Səfər zamanı Türkiyə Gəlir İdarəsi Başqanlığı rəhbərinin müavini Mehmet Arabaci və Vergi Müfəttişliyi Şurası rəhbərinin müavini Nihat Etiklə də işgüzar görüşlər keçirilib. Türkiyədə Azərbaycanın vergi sisteminə böyük maraq olduğu bildirilib, ölkəmizin vergitutma sahəsində təcrübəsinin öyrənilməsi üçün növbəti görüşlərin keçiriləcəyinə dair ilkin razılq əldə olunub.

Səfər çərçivəsində ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş bir sıra digər məsələlər üzrə müzakirələr aparılıb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?