19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Anlaşma memorandumu imzalanıb

Dövlət İmtahan Mərkəzi, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi (METM), Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM), Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) və Gənc Mühasiblər İctimai Birliyi (GMİB) arasında Anlaşma Memorandumunun imzalanmasına həsr edilmiş tədbir keçirilib.

Tədbirdə çıxış edən DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə peşəkar mühasib sertifikatının (PMS) verilməsi üçün keçirilən imtahanlar, onların təkmilləşdirilməsi məqsədilə beynəlxalq təşkilatlarla qurulmuş əməkdaşlıq barədə məlumat verib. Öz növbəsində DVX-nin Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov tədbirin və memorandumun respublikamızda mühasibatlıq sahəsinin inkişafı, peşəkar mühasib sertifikatının əldə olunması imkanlarının artırılması üçün faydalı olacağını vurğulayıb.

Görüşün sonunda Anlaşma Memorandumu imzalanıb. Memorandum “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 22 may 2019-cu il tarixli Qərarını əsas götürərək PMS üzrə imtahanların məzmunu və strukturunun təkmilləşdirilməsi və təbliğatı, maliyyə, mühasibat və vergi uçotu sahəsindəki yeniliklərin geniş ictimaiyyətə birgə çatdırılması, eləcə də qeyd edilən sahələr üzrə mütəxəssislərin peşəkar inkişafına dair qarşılıqlı əməkdaşlıq məqsədi daşıyır. Memoranduma əsasən, tərəflər beynəlxalq kvalifikasiya və yerli PMS imtahanlarının standartlarının müqayisəli təhlili və inteqrasiyası, ali təhsil müəssisələrinin müvafiq fənn proqramları ilə müqayisəli təhlili, imtahanlara hazırlaşanlar üçün tədris materiallarının hazırlanması, təlim sessiyaları, seminarların təşkili və s. istiqamətlərdə əməkdaşlıq edəcək.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?