18 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hüquqi şəxsin zərəri nə zaman kompensasiya edilə bilməz?

Vergi Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, müəssisənin gəlirindən çıxılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi 5 ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir. Bəs hansı hallarda bu cür zərərlərin növbəti vergi illərinin mənfəəti hesabına kompensasiya edilməsi məhdudlaşdırılır? Suala vergi mütəxəssisi Məhəmməd Knyazov aydınlıq gətirir.

Vergi Məcəlləsinin 148.0-cı maddəsinə əsasən, hüquqi şəxsin sahibliyi əvvəlki ilə nisbətən 50 və ya daha çox faiz dəyişdikdə, bu dəyişikliyin baş verdiyi vergi ilindən başlayaraq əvvəlki vergi ilindən zərərin, gəlirdən çıxılmaların, əvəzləşdirmələrin keçirilməsinə, aşağıdakı hallar istisna edilməklə, icazə verilmir:

- dəyişiklikdən sonrakı 3 il ərzində hüquqi şəxs həmin sahibkarlıq fəaliyyətini həyata keçirirsə;

- dəyişiklikdən sonrakı 1 il ərzində hüquqi şəxs yeni sahibkarlıq fəaliyyətinə başlamırsa.

Vergi Məcəlləsinin 148-ci maddəsində hüquqi şəxsin sahibliyi əvvəlki ilə nisbətən 50 və ya daha çox faiz dəyişdikdə, bu dəyişikliyin baş verdiyi vergi ilindən başlayaraq əvvəlki vergi ilindən zərərin, gəlirdən çıxılmaların, əvəzləşdirmələrin keçirilməsinin hansı hallarda icazə verildiyi göstərilib. Məcəllənin 148.0.1-ci maddəsində qeyd olunan “dəyişiklikdən sonrakı üç il ərzində hüquqi şəxs həmin sahibkarlıq fəaliyyətini həyata keçirirsə” ifadəsi hüquqi şəxsin dəyişiklik baş verdiyi vergi ilində həyata keçirdiyi sahibkarlıq fəaliyyətinin bu maddədə qeyd olunan müddət ərzində, yəni dəyişiklikdən sonrakı 3 il müddətində davam etdirilməsi həmin hüquqi şəxsə əvvəlki vergi ilindən zərərin, gəlirdən çıxılmaların, əvəzləşdirmələrin növbəti vergi ilinə keçirilməsinə əsas verdiyini bildirir.

Vergi Məcəlləsinin 148.0.2-ci maddəsində göstərilən “dəyişiklikdən sonrakı bir il ərzində hüquqi şəxs yeni sahibkarlıq fəaliyyətinə başlamadıqda” ifadəsi hüquqi şəxsin dəyişiklik baş verdiyi vergi ilində həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən başqa bu maddədə qeyd olunan müddətdə, yəni sonrakı bir il ərzində hər hansı yeni sahibkarlıq fəaliyyətinə başlamaması əvvəlki vergi ilindən zərərin, gəlirdən çıxılmaların, əvəzləşdirmələrin növbəti vergi ilinə keçirilməsinə əsas verdiyini bildirir.

Göstərilənlərə əsasən, hüquqi şəxs sahibliyində dəyişiklik baş verdiyi vergi ilində həyata keçirdiyi sahibkarlıq fəaliyyətini Məcəllənin 148.0.1-ci maddəsində qeyd olunan müddətdə davam etdirməklə yanaşı, dəyişikliyin baş verdiyi ildən sonrakı bir il ərzində hər hansı yeni sahibkarlıq fəaliyyətinə başlamırsa, əvvəlki vergi ilindən zərəri, gəlirdən çıxılmaları, əvəzləşdirmələri növbəti vergi ilinə keçirə bilər.

Göründüyü kimi, qeyd olunan şərtlərə riayət olunmadıqda hüquqi şəxsin əvvəlki vergi ilindən zərərinin, gəlirdən çıxılmalarının, əvəzləşdirmələrinin növbəti vergi ilinə keçirilməsinə icazə verilmir.

VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər?