2 Oktyabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sosial-məişət müavinətindən icbari ödənişlər hansı formada tutulur?

İşçi növbəti əmək məzuniyyətinə çıxaarkən ona sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Əmək Məcəlləsinin 141-ci maddəsinin 1-ci bəndində göstərilmiş müvafiq sosial-məişət müavinətinin ödənilməsi nəzərdə tutulub. Sosial-məişət müavinətindən icbari ödənişlər (vergi, məcburi dövlət sosial-sığorta haqqları, icbari tibbi sığorta, işsizliyə görə ayırmalar, həmkarlar ittifaqı üzrə ödənişlər) hansı formada tutulur?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Əmək Məcəlləsinin 141-ci maddəsinə əsasən əmək müqaviləsində və ya kollektiv müqavilədə, həmçinin kollektiv müqavilə olmayan müəssisədə, habelə büdcədən maliyyələşdirilən idarələrin, təşkilatların saxlanması xərclərinin smetasında işçilərə məzuniyyət vaxtı əlavə sosial-məişət şəraitinin yaradılması müəyyən məbləğdə sosial-məişət müavinətinin ödənilməsi, müəssisənin vəsaiti hesabına istirahət-sağlamlıq müəssisələrinə göndərilməsi, eləcə də işçinin ailə-məişət şəraitinin yaxşılaşdırılması üçün digər tədbirlərin görülməsinə maddi yardımın verilməsi nəzərdə tutulmuşdursa, məzuniyyət pulunun ödənilməsi ilə yanaşı, müəyyən edilmiş müavinətlər, yardımlar da ödənilir.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 4 iyul 2002-ci il tarixli 8-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərə məzuniyyət vaxtı əlavə sosial-məişət şəraitinin yaradılması məqsədilə müavinət, yardım və digər ödənclərin verilməsi Qaydaları”nın müddəalarına əsasən, qeyd olunan müavinət, yardım və digər ödənclər həm əmək məzuniyyətində olan işçilərə, həm də sosial, yaradıcılıq və təhsil məzuniyyətlərində olan işçilərə verilə bilər. Əmək məzuniyyətinə çıxan işçilərə müavinət, yardım və digər ödənclərini verilməsi işçinin məzuniyyətə çıxması barədə əmrlə rəsmiləşdirilir və məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı ilə bərabər məzuniyyətin başlanmasına ən geci üç gün qalmış ödənilir. Məzuniyyət vaxtı üçün və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda orta əməkhaqqının hesablanması zamanı qeyd olunan müavinət, yardım və digər ödənclər nəzərə alınmır və əmsallaşdırılmır.

Qeyd olunanlara əsasən:

Əmək Məcəlləsinin 141-ci maddəsinin tələbləri nəzərə alınmaqla verilən sosial-məişət müavinətinin vergi və məcburi dövlət sosial sığorta haqlarından azad edilməsi qanunvericilikdə nəzərdə tutulmadığından işçiyə ödənilən həmin müavinətlərdən ümumi qaydada gəlir vergisi və məcburi dövlət sosial sığorta haqları hesablanır. İşçilərə məzuniyyət vaxtı əlavə sosial-məişət şəraitinin yaradılması məqsədilə verilən müavinətlər əməkhaqqının tərkibinə daxil olmadığından icbari tibbi sığorta üzrə sığorta və işsizlikdən sığorta haqlarına cəlb olunmur.

VergiFrilanser kimi çalışan vergi ödəyicisinin hansı öhdəlikləri yaranır? VergiÖdənişin nağd qəbuluna görə maliyyə sanksiyası hansı məbləğə tətbiq olunur? İqtisadiyyatAYİB Azərbaycanda iqtisadi artım proqnozlaşdırır SosialMəcburi işburaxma dövrü üçün əməkhaqqı məbləğinin hesablanması VergiTexnologiyalar parkının rezidentinin əməkdaşlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİctimai iaşə xidməti göstərən müəssisədə ƏDV-nin geri qaytarılması necə aparılır? İqtisadiyyatYenilənmiş 5 qəpiklik metal pul nişanı tədavülə buraxılıb Vergi20 Yanvar şəhidinin ailə üzvlərinin hansı vergi güzəşti mövcuddur? Vergiİdxalı əvəz edən mal istehsalçıları hansı vergilərdən azaddır? MüsahibələrMahmud Ul-Həssan Xan: “Pakistan şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq üçün böyük imkanları var” MÜSAHİBƏ