7 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Obyektlərin vergi orqanlarında uçota alınmamasına görə məsuliyyət tədbiri görüləcək

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Məcəlləsində edilmiş bəzi dəyişikliklər və onların əsaslandırmasını ictimaiyyətin diqqətinə təqdim edir.

Məcəlləyə edilmiş dəyişikliklərdən biri də 2022-ci il 1 yanvar tarixindən etibarən, təsərrüfat subyektinin (obyektinin) vergi orqanlarında uçota alınmamasına və (və ya) təsərrüfat subyektinin (obyektinin) sahəsi barədə təhrif olunmuş məlumatın verilməsinə görə mikro sahibkarlıq subyektlərinə, qeyri-kommersiya təşkilatlarına və qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 40 manat məbləğində, digər şəxslərə münasibətdə isə 400 manat məbləğində maliyyə sanksiyası tətbiqinin nəzərdə tutulmasıdır.

Dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, dəyişikliyə qədər Vergi Məcəlləsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı vergi ödəyicisinin istifadə etdiyi təsərrüfat subyektinin (obyektinin) uçota alınmamasına və uçota alınmış təsərrüfat subyekti (obyekti) barədə düzgün olmayan məlumatların təqdim edilməsinə görə, hər hansı məsuliyyət tədbiri nəzərdə tutulmurdu. Lakin təcrübədə bəzi vergi ödəyiciləri təsərrüfat subyektləri (obyektləri) barədə uçot məlumatlarını vergi orqanlarına ya ümumiyyətlə təqdim etmir, ya da düzgün təqdim etmirdi ki, bu da uçot-baza məlumatları əsasında düzgün təhlillər aparılmasına və ödəyici barəsində düzgün təsəvvür formalaşmasına mane olurdu.

Bu səbəbdən edilmiş dəyişiklik uçot intizamının yüksəldilməsi və vergi ödəyicisinin uçot məlumatları barədə vergi orqanlarında düzgün və ətraflı məlumatların toplanması baxımından mühüm əhəmiyyət kəsb edir.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?