11 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İcarəyə götürülmüş əsas vəsaitlərə çəkilən təmir xərclərinin gəlirdən çıxılması

İcarəyə götürülmüş əsas vəsaitlərə icarəyə verən tərəfindən təmir xərci çəkilərsə və ya icarəçi tərəfindən çəkilmiş təmir xərci icarə haqqı ilə əvəzləşdirilərsə, bu xərc icarəçi tərəfindən gəlirdən çıxılırmı? Suala Vergi və Dövlət Qulluğu üzrə Tədris Mərkəzinin rəhbəri Təhməz Qaçayev aydınlıq gətirir.

Vergi Məcəlləsinin 115.5- ci.maddəsinə uyğun olaraq, əsas vəsaitlərin icarəyə götürülməsi müddətləri, şərtləri, habelə onların təmiri üzrə xərclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verənlə icarəçi arasında bağlanılan müqavilədə razılaşdırılır.

Vergi Məcəlləsinin 115.6-ci maddəsində qeyd edilib ki, icarəyə götürülmüş əsas vəsaitlər icarəçinin balansında uçota alınmadıqda və ya təmir işləri icarəyə verənin hesabına aparıldıqda, yaxud icarəçinin hesabına aparılaraq, icarə haqqı ilə əvəzləşdirildikdə icarəçiyə bu Məcəllənin 115.4-cü maddəsinin müddəaları tətbiq edilmir.

Misal 1: Müəssisə icarəyə götürdüyü və əvvəlki ilin sonuna qalıq dəyəri (amortizasiya çıxıldıqdan sonra) 100.000 manat olan binanın təmirinə 12.000 manat xərc çəkmişdir. Çəkilmiş təmir xərcini icarə haqqı ilə əvəzləşdirmişdir (icarə haqqı 20.000 manat olarsa – 12.000= 8.000 manat ödəmiş olacaq). Bu halda çəkilən təmir xərcini müəssisə gəlirindən çıxılan xərclərə aid etməyəcək.

Misal 2: Müəssisə tərəfindən icarəyə götürülən və əvvəlki ilin sonuna qalıq dəyəri (amortizasiya çıxıldıqdan sonra) 100.000 manat olan binanın təmirinə icarəyə verən tərəfindən 12.000 manat xərc çəkilmişdir. Bu halda da icarəyə götürən tərəf çəkilmiş təmir xərcini gəlirindən çıxılan xərclərə aid etməyəcək.
Sual oluna biər ki, icarəyə götürülmüş əsas vəsaitlərə icarəçi tərəfindən çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən təmir xərcləri gəlirdən çıxılan xərclərə aid ediləcəkmi?

Vergi Məcəlləsinin 115.6-1 ci maddəsinə əsasən, icarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə verən tərəfindən əvəzi ödənilməyən xərclər icarəçi tərəfindən kapitallaşdırılaraq təmir edilən əsas vəsaitin aid olduğu kateqoriya üzrə bu Məcəllənin 114.3-cü maddəsində müəyyən edilmiş amortizasiya dərəcəsi ilə amortizasiya olunur.

Misal 3: Müəssisə icarəyə götürdüyü və əvvəlki ilin sonuna qalıq dəyəri (amortizasiya çıxıldıqdan sonra) 100.000 manat olan binanın təmirinə 12.000 manat xərc çəkmiş, təmir xərcini icarə haqqı ilə əvəzləşdirməmişdir. Bu halda, çəkilən təmir xərcləri kapitallaşdırılaraq amortizasiya ayırmaları şəklində gəlirdən çıxılacaq. Yəni icarəçi 12.000 təmir xərcini, binalar üzrə amortizasiya ayırmasının dərəcəsi 7 faiz olduğu üçün 12.000 x 7% = 840 manat şəklində gəlirindən çıxacaq. Növbəti il üçün bu məbləğ (12.000-840) x 7% olacaq və s.

Belə bir nəticəyə gəlmək olar ki, təmir xərci icarə haqqı ilə əvəzləşdirilmədikdə çəkilmiş təmir xərci kapitallaşdırılaraq əsas vəsaitlərin hər bir kateqoriyası üzrə müəyyən olunmuş amortizasiya dərəcələrinə uyğun olaraq amortizasiya olunub gəlirdən çıxılmalıdır.

Məsələn:

-maşın və avadanlıqlar üzrə 20 faizədək;

-yüksək texnologiyalar məhsulu olan hesablama texnikaları üzrə 25 faizədək;

-nəqliyyat vasitələri üzrə 25 faziədək.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?