13 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Nağdsız ödənişlərin ildə 7 faiz artması gözlənilir

Almaniya-Azərbaycan Xarici Ticarət Palatası "Market Analysis Azerbaijan 2019" adlı xüsusi hesabatını açıqlayıb. Sənəddə ölkəmizdə nağdsız ödənişlərin həcminin artırılması ilə bağlı görülən tədbirlər müsbət qiymətləndirilib. 

Hesabata əsasən, yaxın 2 il ərzində Azərbaycanda nağdsız ödənişlərin payının ildə ən azı 7 faiz artması gözlənilir. Bu il isə həmin sektorda kəskin irəliləyiş proqnozlaşdırılır. 2020-ci ilə qədər isə nağd dövriyyənin həcminin 74 faizdən 40 faizə endirilməsi planlaşdırılır. "Ölkənin bankları və kredit təşkilatları gələcək illərdə informasiya texnologiyaları infrastrukturuna daha çox sərmayə yatıracaqlar. Qeyd edək ki, 2013-2017-ci illər ərzində bankların informasiya texnologiyaları infrastrukturlarına yatırdıqları sərmayələrin həcmi 230 milyon ABŞ dolları təşkil edib. Qoyulan sərmayələrin yarısı proqram təminatına sərf olunub. Banklar, şirkətlər və dövlət orqanları gələcək illərdə ödəmə həllərinə daha böyük investisiyalar ayıracaqlar", - hesabatda qeyd olunub.

Qeyd edək ki, 2018-2020-ci illər üzrə Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramının icrası davam edir. Rəqəmsal ödənişlərin tətbiqinin və istifadəsinin genişləndirilməsi iqtisadi dövriyyələri şəffaflaşdırmaqla nağd pulla bağlı xərclərin, bank və müəssisələrin əməliyyat xərclərinin azalmasına gətirib çıxaracaq. Bu da öz növbəsində vergi bazasının, habelə əhali və müəssisələrin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə, bank sektorunun kreditləşmə və investisiya imkanlarının gücləndirilməsinə, son nəticədə isə iqtisadi artıma təkan verəcək.

VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi