14 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergiləri STP terminalları vasitəsilə ödəmək mümkün olacaq

Sumqayıt Texnologiyalar Parkının istehsal etdiyi ödəmə və bilet terminalları, eləcə də növbə və informasiya köşkləri "STP Terminal" brendi ilə təqdim olunacaq.

Bu günə qədər Sumqayıt Texnologiyalar Parkı Vergilər Nazirliyi, Gömrük Komitəsi kimi dövlət qurumlarını, "Kapital Bank", "Rabitəbank" və "Easypay" kimi özəl şirkətləri müxtəlif terminal və köşk tipli məhsullarla təmin edib. STP terminalları ölkəmizə idxal olunan bənzər məhsullarla müqayisədə bir sıra üstünlüklərə malikdir: terminalların karkas və konstruksiyası müştərinin istəyinə əsasən dizayn edilə, həmçinin sifarişçi şirkətin korporativ rənglərinə uyğun olaraq rənglənə bilir. Bunlarla yanaşı, terminalların metal karkasını dözümlülük və təhlükəsizlik məqsədlərilə müxtəlif qalınlıqda hazırlamaq mümkündür. Terminalların texniki baxışını da STP həyata keçirir. Ən əsası isə yerli istehsal olan STP terminallarının qiymətləri xarici analoqları ilə müqayisədə daha münasibdir.

Maliyyə-bank sektorunda xidmət haqqı, satış, vergi və digər ödəmələr; nəqliyyat, idman, əyləncə sektorlarında bilet satışı; təhsil və səhiyyə sahələrində bir sıra digər məqsədlər üçün terminalların tətbiqi olduqca faydalıdır. Bu terminallardan informasiya təqdim etmək məqsədilə də istifadə oluna bilər: terminallar müraciətçilərə müəssisə haqqında yazılı məlumat təqdim etmək, müxtəlif layihə və tədbirlərin foto və videolarını göstərmək, bu və ya digər xidmətdən yararlanmaq üçün məlumatlandırıcı xüsusiyyətə də malikdir.

VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?