15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Biznesin inkişaf etdirilməsi üçün təhsil və hazırlıq önəmli rol oynayır

Vergilər Nazirliyində Avropa İttifaqının TAIEX institusional quruculuq aləti çərçivəsində "Startapların vergiyə cəlb olunması" mövzusunda ekspert missiyasının tədbiri keçirilib. Üç gün davam edən tədbirin iştirakçılarından olan Macarıstan Maliyyə Nazirliyinin Vergi siyasəti və beynəlxalq vergitutma departamentinin iqtisadçısı Katalin Horvath startapların vergiyə cəlb olunması, kiçik və orta biznesin inkişafı və digər bu kimi sahələr üzrə təcrübələrini bölüşərək suallarımızı cavablandırıb.

- Xanım Horvath, Avropa Birliyinin "Sahibkarlıq-2020 fəaliyyət planı"nda startaplar, eləcə də kiçik və orta biznes siyasəti hansı istiqamətdə aparılır?

- Qeyd etdiyiniz fəaliyyət planının bir neçə istiqaməti var. Birincisi, kiçik və orta sahibkarlıq subyektlərini daha məlumatlı etmək, biznesin inkişafı yolları ilə bağlı təbliğatlar aparmaq: biznesin inkişaf etdirilməsi üçün təhsil və hazırlıq böyük rol oynayır. Avropa Birliyinə üzv ölkələr üçün digər tövsiyə şirkətlər üçün biznes mühitinin daha da yaxşılaşdırılmasıdır. Bunun yolu maliyyə mənbələrinə çıxışın daha asan olması və idarəetmənin sadələşdirilməsindən keçir. Üçüncü istiqamət mümkün qədər geniş kütlənin, spesifik qrupların buraya cəlb edilməsi ilə bağlıdır. Spesifik qruplar dedikdə, bunlar yaşlı insanlar, gənclər və miqrantlar ola bilər.

Startapların, kiçik və orta biznesin inkişafı üçün "Sahibkarlıq-2020 fəaliyyət planı"nın həyata keçirilməsi üçün "Avropa Startap Aktı" adlı fəaliyyət planı hazırlanıb ki, həmin proqramda müsbət təcrübələrlə bağlı məsələlər və gələcək planlar öz əksini tapıb. Burada sahibkarlar üçün maliyyə əlçatanlığının yaxşılaşdırılması, startapların yaradılması və sadələşdirilməsi, sahibkarlar arasında təcrübə mübadiləsinin həyata keçirilməsi və hamı üçün rəqəmsal bacarıqların təşviq edilməsi kimi əsas istiqamətlər müəyyənləşdirilib. Burada sahibkarları maraqlandıran bütün suallar cavablandırılıb. Keçən il 10 illiyi qeyd edilən paket tövsiyələr şəklində olan bu aktın artıq müsbət nəticələrini görürük. Çox gözəl bir proqramdır. Aktda həyata keçirilməsi önəmli olan bir sıra tədbirlər nəzərdə tutulub. Kiçik və orta biznes şirkətlərinə bu tip dövlət dəstəyi davam etdiriləcək ki, bu sahədə gerilik aradan götürülsün.

- Konvensional gəlir vergitutmasına alternativ olan nağd pul axını vergitutmasının üstünlükləri haqqında nə deyə bilərsiniz?

- Əsas sual: bu yeni sistemə ehtiyac nəyə görə yarandı? Köhnə sistem investorların investisiya qoymaq baxımından qərar verməsinə əngəllər törədirdi. Başqa sözlə, bu sistem investisiya fəaliyyətinə daha çox dəstək verir. İkinci üstünlük inzibati nöqteyi-nəzərdən, vergi idarəetməsi baxımından əhəmiyyət kəsb edən daha sağlam bir sistemdir. Burada məqsəd odur ki, əgər biz daha çox müəssisəni vergiyə cəlb etmək istəyiriksə, daha sadə və daha təşviqedici alternativ sistem təklif etməliyik.

- Bu tətbiqetmədə Macarıstan təcrübəsi haqqında məlumat verərdiniz...

- Konvensional gəlir vergitutmasına alternativ olaraq nağd pul axını vergitutma sistemini biz ümumi bir sistem kimi yox, sadəcə, bir alternativ olaraq qəbul etdik. İlkin mərhələdə yeni olduğuna görə anlaşılmazlıqlar və çətinliklər ortaya çıxdı. Amma hazırda hər iki tərəf bu sistemin üstünlüklərini daha çox qəbul edir və anlayır.

Müsahibəni hazırladı:
Fəxriyyə İKRAMQIZI

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?