22 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Azexport" və "EntrepriseAzerbaijan" regional forumda…

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Azexport" və "EntrepriseAzerbaijan" portalları "Regionların inkişafında sahibkarlığın rolu" mövzusunda III Regional forumda təqdim olunub. 

Ağstafa rayonunda Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə keçirilən forumda rayon icra hakimiyyəti başçıları və onların nümayəndələri, sahibkarlar, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DOST Agentliyi, Dövlət Reklam Agentliyinin nümayəndələri iştirak ediblər. Tədbirdə bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda dərin iqtisadi islahatlar aparılır və bu islahatların məqsədi vətəndaşlarımızın sosial rifahını, ölkəmizin iqtisadi qüdrətini yüksəltmək, neftdən asılılığı azaldaraq şaxələndirilmiş iqtisadiyyata sahib olmaq, qeyri-neft sektoru üzrə gəlirləri artırmaqla "Made in Azerbaijan" brendi altında rəqabətədavamlı məhsullar istehsal etməklə həm daxili bazarı qorumaq, həm də xaricə ixracı artırmaqdır. "EnterpriseAzerbaijan" portalının nümayəndəsi Oruc Dursunzadə bildirib ki, bu məqsədlə yaradılmış "Azexport" və "EntrepriseAzerbaijan" portalları sahibkarlara, kiçik və orta biznesin nümayəndələrinə, startapçı gənclərə və tələbələrə böyük dəstək göstərir.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?