10 İyun 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mədən vergisi ödəyicilərinin öhdəliyində dəyişiklik olunub

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 2022-ci ilin yanvar ayından mədən vergisi yalnız dövlət büdcəsinə ödənilir və mədən vergisi ilə bağlı güzəşt tətbiq olunur. Mövzunu İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təlimçisi, iqtisadçı ekspert Cavid Vəlizadə şərh edir.

Vergi Məcəlləsinin 217-1-ci maddəsinə əsasən, neft və qaz istisna olmaqla, digər faydalı qazıntılara görə vergi ödəyicisi tərəfindən təqvim ili üzrə hesablanmış mədən vergisinin məbləği həmin faydalı qazıntıların çıxarıldığı torpaq sahələrinə görə onun tərəfindən həmin təqvim ili üzrə hesablanmış və ödənilmiş torpaq vergisinin məbləğindən çox olmamaqla təqvim ilinin sonuncu hesabat ayında azaldılır.

Məcəllənin 217.2 və 217.3-cü maddələrində isə göstərilib ki, mədən vergisi üzrə hesablanmış verginin məbləği və bəyannamə hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli və bəyannamə verilməlidir. Yəni Vergi Məcəlləsinin 217-1-ci maddəsində nəzərdə tutulub ki, mədən vergisi ödəyicilərinin vergi ödənişi 2022-ci ildən ilin son bəyannaməsində (dekabr ayı) hesablayıb ödədikləri mədən vergisindən il ərzində həmin faydalı qazıntıların çıxarıldığı torpağa görə ödənilmiş verginin məbləği qədər azaldılacaq.

Misal: Müəssisənin dekabr ayında mədən vergisi öhdəliyi 15.000 manat təşkil edib. Müəssisə il ərzində 2.900 manat torpaq vergisi ödəyib. Bu halda həmin məbləğ mədən vergisindən çıxılır:

15.000 – 2.900 = 12.100 manat.

Baxdığımız misalda dövlət büdcəsinə ödəniləcək mədən vergisinin məbləği 12.100 manat təşkil edir.

İqtisadiyyatSahibkar Kəmalə Eynullayeva: “Kiçik və orta sahibkarlığın inkişafı məşğulluğun təmin olunmasına imkan verir” VergiŞəhid övladları üçün müəyyənləşdirilmiş vergi güzəştində yaş həddi qoyulurmu? İqtisadiyyatLeonid Zayats: “İqtisadi əməkdaşlıq Belarus-Azərbaycan əlaqələrinin inkişafının flaqmanıdır” VergiOnlayn təlimlərə görə qeyri-rezidentin ƏDV-yə cəlb olunması VergiNaxçıvanda uçot məlumatlarının dürüstləşdirilməsinə başlanılıb İqtisadiyyatPwC: Azərbaycanda şirkətlər ölkə iqtisadiyyatının daha da yüksələcəyinə əmindirlər VideoVergi ödəyicilərinin nəzərinə! Ekspert RəyiFiziki şəxs icarə müqaviləsi bağlamadıqda onu hansı təhlükə gözləyir? VergiMəktəbdə ödənişli sınaq imtahanları təşkil etmək sahibkarlıq fəaliyyəti hesab olunurmu? İqtisadiyyatXorvatiya ilə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar var