13 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi əməkdaşları elektron sistemin yeni imkanları barədə məlumatlandırılıblar

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Biznesə başlama, vergi və hesabatlılıq işçi qrupunun Fəaliyyət Planı”na əsasən, kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı ilə bağlı yerli vergi orqanlarının qeydiyyat, uçot və xidmət sahəsində fəaliyyət göstərən əməkdaşları üçün rübdə bir dəfə onlayn təlimin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi nəzərdə tutulub.
Bununla əlaqədar olaraq vergi orqanlarının əməkdaşları üçün “Kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılmış islahatlar” mövzusunda təlim keçirilib.
Dövlət Vergi Xidmətinin (DVX) Dövlət Qeydiyyatı Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatının təhlili şöbəsinin rəisi Leyla Hüseynzadə “Kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılmış islahatlar və elektron qeydiyyatın həyata keçirilməsi” mövzusunda təqdimatla çıxış edib, iştirakçılara aparılmış islahatlar və elektron sistemin yeni imkanları barədə ətraflı məlumat verib.
Təlim zamanı hüquqi şəxslərin elektron dövlət qeydiyyatı prosesi izah olunub və maarifləndirici məlumatlar təqdim edilib. Təlimdə yerli investisiyalı kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatına dair videoçarx nümayiş olunub, biznesin qeydiyyatına və elektron qeydiyyat prosedurlarına dair iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?