24 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gələn ildən fərdi sahibkarların sosial sığorta ödənişləri belə hesablanacaq

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilib. Bu səbəbdən gələn ildən işləyən vətəndaşların və işəgötürənlərin sosial ödənişlərinin məbləği dəyişə bilər.

Mühasib İlkin Lələyev bildirib ki, bu dəyişikliyin təsdiq edilməsi iqtisadiyyatda özünəməxsus sosial-iqtisadi nəticələr vəd etməklə bərabər, minimum əməkhaqqı məbləği əsasında hesablanan sosial sığorta və icbari tibbi sığorta məbləğlərinin müəyyən edilməsinə də öz təsirini göstərib. Belə ki, 1 yanvar 2022-ci il tarixindən etibarən sözügedən dəyişiklik şamil edilərək, sosial sığorta haqqında qanunun 14.5.-ci maddəsi üzrə hesablanan muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı məbləği aşağıdakı qaydada hesablanacaqdır:

1. Tikinti sahəsində fəaliyyətlə məşğul olan fərdi sahibkarlar tərəfindən:

Bakı şəhərində:

(300 manat x 50%) x 100% = 150 manat.

Sumqayıt və Gəncə şəhərində:

(300 x 50%) x 90% = 135 manat.

Digər şəhərlərdə:

(300 x 50%) x 80% = 120 manat.

Rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə:

(300 x 50%) x 60% = 90 manat.

Kənd yerlərində:

(300 x 50%) x 50% = 75 manat.

2. Digər (o cümlədən ticarət) sahələrdə fəaliyyətlə məşğul olan fərdi sahibkarlar tərəfindən:

Bakı şəhərində:

(300 x 25%) x 100% = 75 manat.

Sumqayıt və Gəncə şəhərində:

(300 x 25%) x 90% = 67,50 manat.

Digər şəhərlərdə:

(300 x 25%) x 80% = 60 manat.

Rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə:

(300 x 25%) x 60% = 45 manat.

Kənd yerlərində:

(300 x 25%) x 50% = 37,50 manat.

Bundan başqa “Tibbi sığorta haqqında” Qanunun 15-10.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq gələn ildən vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər tərəfindən minimum aylıq əməkhaqqı məbləğinin 4 faiz həcmində icbari tibbi sığorta məbləği hesablanacaq. Bu məbləğ də 01.01.2022-ci il tarixindən etibarən 12 manat (300 manat*4%) təşkil edəcəkdir.

Onu da qeyd edək ki, sosial sığorta və icbari tibbi sığorta məbləğləri Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi tutulan gəlirin həcmindən asılı olmayaraq sabit aylıq məbləğ olaraq müəyyən edilib və tutularaq dövlət büdcəsinə ödənilir.

VergiDividendlərə tətbiq edilən vergi güzəşti ilkin emissiyadan sonra öz aralarında alğı-satqı edən fiziki şəxslərə aiddirmi? VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur? VergiHansı vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola bilməz?