17 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"vergilər.az" "Telegram"da!

Vergilər Nazirliyinin təsis etdiyi "Vergilər" qəzeti 2019-cu ildən çap formatını dayandıraraq "vergiler.az" - onlayn versiyada yayımlanmağa başlayıb. "vergilər.az"ın xəbər resursları qısa müddət ərzində iş adamları, mühasiblər, maliyyə mütəxəssisləri, müstəqil ekspertlər, dövlət və qeyri-hökumət strukturlarının, kütləvi informasiya vasitələrinin nümayəndələrinin fəal istinad ünvanına çevrilib. Saytda müstəqil ekspertlərin rəyləri, müsahibələr, infoqrafika, sual-cavab, vergi orqanının vəzifəli şəxslərinin qanunvericilik və inzibatçılıqla bağlı şərhləri, beynəlxalq vergi xəbərləri dərc olunur və ictimaiyyət tərəfindən maraqla qarşılanır. Bu baxımdan, "vergilər.az" cəmiyyətdə vergi mədəniyyətinin formalaşdırılmasında və vergi ödəyiciləri arasında maarifləndirmə işlərinin aparılmasında öz töhfəsini verir.

"vergilər.az" onlayn qəzeti artıq "Telegram"da özünün t.me/vergileraz rəsmi kanalını açıb. Bu kanalda vergi sistemində baş verən ən maraqlı və vacib xəbərlər, tədbirlər, müsahibələr, vergi qanunvericiliyinin izahı ilə bağlı materiallar yayımlanacaq. Sayt informasiya axınını tənzimləyən platformalardan istifadə etməklə vergilərə dair kontentlərin onu izləyənlərə daha çevik və rahat çatdırılmasını həyata keçirəcək.

Ümid edirik ki, "vergiler.az"ın "Telegram" kanalı Azərbaycanın vergi sistemində baş verən hadisələr, yeniliklər barədə məlumatların əldə edilməsi üçün olduqca əlverişli platforma, media aləti olacaq. Beləliklə, vergi ödəyiciləri vergilərə dair məlumatlarla tanış olmaq üçün daha bir müasir kommunikasiya vasitəsi əldə ediblər.

"Telegram" tətbiqində kanalı @vergileraz ilə tapmaq olar (http://t.me/vergileraz).
Vergi ödəyicilərini və ümumiyyətlə, vergilərlə maraqlanan hər kəsi "vergiler.az" onlayn qəzetinin "Telegram"dakı kanalına abunə olmağa dəvət edirik.

VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?