19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Onlayn növbədən istifadə

Dövlət Vergi Xidmətindən “vergiler.az” saytına bildirilib ki, bir şəxs gün ərzində yalnız bir dəfə onlayn növbəyə yazıla bilər. Elektron xidmətin istifadəçisi xidmət mərkəzinə növbəyə yazıldığı vaxtdan 10 dəqiqə əvvəl gəlməli və mərkəzə yaxınlaşdıqda özü ilə şəxsiyyət vəsiqəsini, Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə təqdim edilən daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi və ya qaçqın vəsiqəsini və ya fiziki şəxsin uçotu haqqında şəhadətnaməni (fiziki şəxs müraciət etdikdə) mərkəzin məsul şəxsinə təqdim etməlidir.

Qeyd olunan vaxtda xidmət mərkəzinə yaxınlaşmadıqda və ya götürülmüş növbənin vaxtından 15 dəqiqə gec xidmət mərkəzinə yaxınlaşdıqda, qeyd olunan sənədlər təqdim olunmadıqda və (və ya) xüsusi qoruyucu (tibbi) maskalardan istifadə edilmədikdə xidmətin göstərilməsindən imtina olunacaqdır.

Əsaslandırma: Onlayn növbəyə yazılma elektron xidmətləri üzrə istifadəçi Təlimatı

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?