18 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əsas hədəflərdən biri vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqidir

Gələn ildən Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edilir. Artıq yeni layihə parlamentdə III oxunuşda qəbul edilib. Vergi mütəxəssisi Dilqəm Göyüşovun fikrincə, Vergi Məcəlləsinə ediləcək dəyişiklikləri əsasən aşağıdakı kriteriyalar üzrə bölmək olar:

1. Vergitutma bazasının genişləndirilməsi;

2. Sosial xarakterli güzəştlər;

3. Vergidən yayınma hallarının qarşısının alınması;

4. Vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi;

5. Vergi borclarının alınması prosedurlarının təkmilləşdirilməsi;

6. Vergitutma mexanizmlərinin təkmilləşdirilməsi;

7. Uçot siyasətinin təkmilləşdirilməsi;

8. Redaktə və digər maddələrlə uyğunlaşma.

Gözlənilən dəyişikliklərdən biri əmlak vergisi ilə bağlıdır. Belə ki, növbəti ildən hava və su nəqliyyatı vasitələri istisna olmaqla fərdi sahibkarlar tərəfindən sahibkarlıq fəaliyyətində istifadə olunan və əsas vəsait hesab olunan daşınar əmlaklar üzrə əmlak vergisinin ödənilməsi (bələdiyyə büdcəsinə deyil, dövlət büdcəsinə) də nəzərdə tutulur.

Belə ki, hazırkı qüvvədə olan Vergi Məcəlləsinə əsasən, fiziki şəxslər tərəfindən hava və su nəqliyyatı vasitələri istisna olmaqla digər əsas vəsaitlər hesab olunan daşınar əmlaklar üzrə əmlak vergisinin ödənilməsi nəzərdə tutulmayıb.

Beləliklə, binalar, tikililər və onların hissələri (sahibkarlıq fəaliyyətində istifadə olunub-olunmamasından asılı olmayaraq) üzrə əmlak vergiləri, eləcə də istifadə edilib-edilməməsindən asılı olmayaraq su və hava nəqliyyatı vasitələri üzrə əmlak vergiləri bələdiyyələrin büdcəsinə ödəniləcək.

Sahibkarlıq fəaliyyətində istifadə olunan və əsas vəsait hesab olunan daşınar əmlaklar üzrə əmlak vergisinin isə dövlət büdcəsinə yönəldilməsi gözlənilir.

VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir?