20 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Biznesə başlama, vergi və hesabatlılıq” üzrə İşçi qrupun növbəti iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə başlama, vergi və hesabatlılıq” İşçi qrupunun növbəti onlayn iclası keçirilib. İclasda İşçi qrupun əvvəlki iclasında qəbul edilmiş qərarlar üzrə görülmüş işlər və 2022-ci il üçün Fəaliyyət Planı müzakirə edilib.

İşçi qrupun rəhbəri, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev iclas iştirakçılarını gündəliklə tanış etdikdən sonra əvvəlki iclasın protokolunda qərara alınmış tədbirlər üzrə təklif və layihələrin hazırlandığını diqqətə çatdırıb. 2021-ci il üçün Fəaliyyət Planının müvafiq bəndlərinin icrası üzrə görülmüş işlər və İşçi qrupun əvvəlki iclasının protokolunda qərara alınmış tədbirlərin icra vəziyyəti barədə məlumat diqqətə çatdırılıb.

Dövlət Vergi Xidmətinin Dövlət qeydiyyatı baş idarəsinin rəis müavini Hüsniyyə Abdullayeva hüquqi şəxslərin ləğvi proseslərinin təkmilləşdirilməsi ilə əlaqədar hazırlanmış və Ədliyyə Nazirliyinə təqdim edilmiş layihə barədə məlumat verib. Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin Nəzarət-analitik iş üzrə qrupunun rəhbəri Leyla Bərxudarzadə müvafiq beynəlxalq təcrübə və mövcud iş praktikasının detalları barədə məlumat verib, məsələ ilə bağlı təkliflərini diqqətə çatdırıb.

İclas iştirakçıları kommersiya hüquqi şəxslərin ləğv olunması ilə əlaqədar prosedurların təkmilləşdirilməsi ilə bağlı özəl sektordan daxil olmuş təklifləri müzakirə ediblər. İşçi qrupun iclasına dəvət edilmiş konsaltinq şirkətlərinin nümayəndələri qeyd olunan məsələlərə dair fikirlərini bölüşüblər. “Ekvita” şirkətinin hüquq meneceri Sevil Yəhyayevanın praktikada rast gəlinən çətinliklərlə bağlı qaldırdığı məsələlər iclasda müzakirə edilib.

İclasda vergitutmanın digər məsələləri də diqqət mərkəzində olub. “İSR Auto” şirkətinin nümayəndəsi Cavid Axundov istifadə olunmuş avtomobillərin rəsmi diller tərəfindən satın alınması və daha sonrakı satışı zamanı ƏDV-nin tətbiq olunması məsələsi ilə bağlı məsələ qaldırıb. İşçi qrupun rəhbəri İlkin Vəliyev Dövlət Vergi Xidmətinin məsələyə mövqeyini açıqlayıb, həmçinin aidiyyəti müzakirələrin aparılacağını bildirib.

Tədbirdə “Biznesə başlama, vergi və hesabatlılıq” sahəsində məlumatlığın artırılması və ictimai iştirakçılığın təmin edilməsi üzrə Kommunikasiya Strategiyası” layihəsi müzakirə olunub, sənədin təsdiqlənmək üçün təqdim olunması məqbul hesab edilib.

İclasda, həmçinin, 2022-ci il üçün Fəaliyyət Planının ətraflı müzakirəsi aparılıb. İşçi qrupun rəhbəri maraqlı tərəflərdən layihə üzrə daxil olmuş təkliflərin Fəaliyyət Planına daxil edilməsini və Fəaliyyə Planı üzrə qarşıdakı ildə də biznesin qeydiyyatı və vergi hesabatlılığı sahəsində təkmilləşdirmələrin davam etdiriləcəyini vurğulayıb.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?