10 Noyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yeni qeydiyyat üsulundan istifadə edənlərin sayında əhəmiyyətli artım var

2021-ci il dekabrın 1-nə respublika üzrə uçotda olan 1.321.539 vergi ödəyicisinin 87,8%-i fiziki şəxslər, 12,2%-i faizi hüquqi şəxslər və digər təşkilatlar olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 9,9%, o cümlədən kommersiya qurumlarının sayı 8,4% artıb.

Yanvar-noyabr ayları ərzində 10.769 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,5% çoxdur. Hesabat dövründə qeydiyyatdan keçmiş kommersiya qurumlarının 90,7%-i yerli investisiyalı, 9,3%-i xarici investisiyalı müəssisələrdir. Kommersiya qurumlarının 82,8%-i elektron qaydada, 17,2%-i isə kağız daşıyıcıları vasitəsilə edilmiş müraciətlər əsasında qeydə alınıb, onlardan 2.529-nun (ümumi qeydiyyatın 23,5%-i) ƏDV məqsədləri üçün qeydiyyata alınması təmin edilib. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 92,7% təşkil edib. 2020-ci ilin mart ayından etibarən başlanan 12 aylıq azalma dövründən sonra, ardıcıl doqquz ayda (2021-ci ilin mart-noyabr ayları) qeydiyyatın sayında artım müşahidə edilib.

Yanvar-noyabr ayları ərzində dövlət qeydiyyatına alınmış yerli investisiyalı kommersiya qurumlarının sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 37,6% artıb ki, bu da bütünlüklə elektron qeydiyyatın sayının artması hesabına baş verib.

Fəaliyyəti bərpa edilmiş hüquqi şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7% artaraq 7.780 vahid təşkil edib. Fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə ötən ilə nisbətən 2,5% artıb.

01.12.2021-ci il tarixə qeydiyyatda olan aktiv kommersiya qurumlarının sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,4% artıb, xüsusi çəkisi isə 59,8%-ə yüksəlib. Kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,7% artıb. Ümumiyyətlə, müqayisə edilən dövrdə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 11,3% artaraq 41.543 vahid təşkil edib.

2021-ci ilin dekabrın 1-nə 16.732 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib, fəaliyyəti aktiv olan xarici investisiyalı kommersiya qurumlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,9% artıb. Yanvar-noyabr ayları ərzində dövlət qeydiyyatından keçmiş 999 xarici investisiyalı kommersiya hüquqi şəxsin 33,1%-i ticarət, 26,8%-i xidmət, 12,1%-i tikinti, 10,7%-i sənaye, 4,8%-i rabitə, 12,5 %-i isə digər sahələrdə fəaliyyət göstərir.

Yanvar-noyabr ayları ərzin də yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 1.723 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 86,5% çox) qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi artaraq 16%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 17,9% təşkil edib.

VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ VergiMMC-də rəhbər dəyişikliyi üçün tələblər VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir?