11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Təhtəlhesab şəxs nə vaxt aylıq limitdən artıq vəsait xərcləyə bilər?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilən “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması Qaydası”sının 2.6-cı bəndinə əsasən, vergi ödəyicisinin kassasından təhtəlhesab şəxslərə nağd pul (avans) 5 (beş) iş günündən çox olmayan (ezamiyyə xərcləri istisna olmaqla) müddətə verilir.

Qaydaların tələbini şərh edən iqtisadçı Anar Bayramov bildirib ki, təqvim ayı ərzində təhtəlhesab şəxslərə verilən pul vəsaitlərinin ümumi məbləği “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərilən hədlərlə məhdudlaşdırılır. Həmin qanunun 3.5-ci maddəsinə əasən, vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada alınan aşağıdakı mallar üzrə məxaric aylıq limitə daxil edilmir:

- kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu;

- əlvan və qara metal qırıntılarının qəbulu;

- utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;

- utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu;

- xam dərinin tədarükü (alışı).

Misal 1: ƏDV ödəyicisi ay ərzində kassadan təhtəlhesab şəxsə 40 000 manat məbləğində vəsait məxaric edib. Onun 12 000 manatı kənd təsərrüfatı məhsullarının istehsalçılarından məhsulların qəbuluna sərf olunub. Bu halda aylıq məxaric 40 000 manat olsa da, limit həddi aşılmayıb.

Qaydalarda qeyd olunan digər istisna vergilərin, gömrük rüsumlarının, yığımların ödənilməsi ilə bağlıdır.

Misal 2: Sadələşdirilmiş vergi ödəyicisi təqvim ayı ərzində təhtəlhesab şəxs vasitəsilə 40 000 manatı vergilərin, gömrük rüsumlarının, yığımların ödənilməsinə sərf edib. Təbii ki, dövlət qurumlarının özünə ödənişlər birbaşa olmadığı üçün, həmin vəsaitlər poçt, yığım qəbul edən qurumun bank hesabı və (və ya) ödəniş terminalları vasitəsilə həyata keçirilib. Bu halda vergi ödəyicisi nağd əməliyyatlar üzrə qaydaları pozmuş sayılmır, çünki təqvim üçün aylıq limitə vergilərin, gömrük rüsumlarının, yığımların ödənilməsi məbləğləri daxil edilmir.

Qaydalara əsasən, bank hesabına pul vəsaitinin mədaxil olunması üçün təhtəlhesab şəxslərə verilən pul vəsaitlərinin ümumi məbləği də istisna edilir.

Bu hal vergi ödəyicisinin kassa hesabına yığılan vəsaitlərin bank hesabına qoyulması ilə bağlıdır.

Misal 3: Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyicisinin 2021-ci ilin fevral ayı ərzində kassasına daxil olan 25 000 manat vəsait təhtəlhesab şəxs vasitəsilə bank hesabına yerləşdirilib. Sadələşdirilmiş vergi ödəyicisinin aylıq limitinin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunu ilə 15 000 manat müəyyən edilməsinə baxmayaraq, 25 000 manat təhtəlhesab şəxs vasitəsilə bank hesabına yerləşdirildiyi üçün limitə aid edilməyəcək.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?