12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"İkitərəfli SMS xidməti" könüllü əməletməyə stimul verir

Vergilər Nazirliyi vergi ödəyicilərinin məlumatsızlıqdan maliyyə itkiləri ilə üzləşməməsi və vergi qanunvericiliyinə könüllü əməletmənin yüksəldilməsi məqsədilə "İkitərəfli SMS xidməti"ni təkmilləşdirir və bu barədə təbliğat işlərini genişləndirir.

Vergi ödəyicilərindən daxil olmuş standart SMS-lərin avtomatik olaraq SMS vasitəsilə cavablandırılması xidməti Vergilər Nazirliyi tərəfindən 2012-ci ildən istifadəyə verilib. Bu xidmət ötən ilin noyabr ayında müvafiq texniki tapşırıq əsasında yenilənib. Yenilənmədən əvvəl mobil nömrəni "İkitərəfli SMS xidməti" üzrə qeydiyyatdan keçirmək və abunə olmaq yalnız mobil telefon vasitəsilə müvafiq sorğu göndərməklə həyata keçirilirdi. 12.03.2019-cu il tarixdən etibarən isə İnternet Vergi İdarəsinin "Onlayn kargüzarlıq" bölməsində yeni yaradılmış "İkitərəfli SMS xidməti" altbölməsindən istifadə etməklə də qeydiyyatdan keçmək və abunə olmaq mümkündür.

Hazırda "İkitərəfli SMS xidməti"ndən qeydiyyatdan keçmiş vergi ödəyiciləri 8195 nömrəsinə

  • 1 yazıb göndərməklə dövlət büdcəsinə olan vergi borcu barədə;
  • 2 yazıb göndərməklə təqdim edilməli bəyannamələr barədə;
  • 3 yazıb göndərməklə fəaliyyətin aktiv və ya dayandırılmış olması barədə;
  • 4 yazıb göndərməklə e-qutuda oxunmamış məktubların olub-olmaması barədə;
  • 5 yazıb göndərməklə qeydiyyatda olan təsərrüfat subyektləri barədə məlumat ala bilərlər.

"İkitərəfli SMS xidməti" üzrə qeydiyyatdan keçmiş vergi ödəyiciləri xidmətə abunə olduqda isə onlar avtomatik qaydada vergi öhdəlikləri və vergi orqanının qanuni tələbləri barədə 21 halda SMS vasitəsilə məlumatlandırılırlar. Bunlar:

  • Büdcəyə ödəniş etdikdə;
  • Yeni borc yarandıqda;
  • Təqdim edilmiş bəyannamə üzrə vergi hesablandıqda;
  • Bəyannamə üzrə uyğunsuzluq yarandıqda;
  • Təqdim edilməli bəyannamələr olduqda;
  • Fəaliyyəti dayandıqda;
  • Fəaliyyəti aktivləşdikdə;
  • Cari vergi ödəmələri barədə arayış təqdim etdikdə;
  • Cari vergi ödəmələri hesablandıqda;
  • Ləğv bəyannamələri göndərildikdə;
  • Növbəti səyyar vergi yoxlaması təyin edildikdə;
  • Əlavə vergi məbləği hesablandıqda;
  • İnternet Vergi İdarəsində olan elektron kabinetə sənəd daxil olduqda;
  • Maliyyə sanksiyası tətbiq edildikdə;
  • Təsərrüfat subyekti qeydiyyata alındıqda;
  • Təsərrüfat subyekti qeydiyyatdan çıxarıldıqda;
  • Təqdim edilən bəyannamədə göstərilən fəaliyyət növü ilə bazada olan fəaliyyət növləri arasında uyğunsuzluq olduqda;
  • ƏDV qeydiyyatına alındıqda;
  • NKA qeydiyyata alındıqda;
  • NKA qeydiyyatdan çıxarıldıqda;
  • Şəhadətnamə-dublikatın alınması barədə ərizə göndərildikdə.
VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?