14 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bu həftə 4914 obyektdə monitorinqlər aparılıb

Dövlət Vergi Xidməti (DVX) tərəfindən sahibkarlıq subyektlərində sanitar-gigiyena və karantin rejiminin tələblərinə əməl olunması istiqamətində monitorinqlər davam etdirilir.

DVX-dən bildirilib ki, monitorinqlər zamanı satıcıların və istehlakçıların qoruyucu maskadan istifadə etməsi və sosial məsafənin gözlənilməsi kimi bir sıra tələblərə riayət olunması vəziyyəti yoxlanılır.

Bu həftə 4914 obyektdə aparılmış monitorinqlər zamanı 593 halda pozuntulara yol verilməsi halları aşkar edilib, 84 nəfərin maskasız halda obyektlərə daxil olması, 509 halda isə ticarət obyektlərinin işçilərinin maskalardan istifadə etməməsi müəyyən olunub. Mövcud tələblərə əməl edilməməsi halları inzibati xəta kimi qiymətləndirilərək, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, qaydaları pozan sahibkarlıq subyektlərinə cərimələr tətbiq edilib.

Qeyd olunub ki, sahibkarlıq subyektləri karantin qaydalarına tam əməl etməli, işçilər qoruyucu maska ilə təmin olunmalı, müştərilər arasında sosial ara məsafəsinin qorunmasına ciddi nəzarət edilməli, maskadan istifadə etməyən şəxslərin ticarət obyektlərinə daxil olmasına yol verilməməlidir. Ticarət obyektlərində monitorinqlər mütəmadi qaydada davam etdirilir.

VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?