30 May 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Zərərin keçirilməsi

Mənfəət (gəlir) vergisinin sadələşdirilmiş vergidən fərqli cəhətlərindən biri vergi ödəyicisinə daha liberal yanaşmanın tədbiq edilməsidir. Maliyyə mütəxəssisi Vüqar Mirheydərov “vergilər.az” saytına açıqlamasında bildirib ki, bu yanaşmanın ən gözəl nümunələrindən biri Vergi Məcəlləsinin 121-ci maddəsidir.

Bu maddəyə əsasən, vergi ödəyicilərinin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi növbəti dövrə keçirilir və həmin illərin mənfəəti hesabına kompensasiya olunur. Fiziki şəxslər (sahibkarlar) üçün bu dövr 3 il, hüquqi şəxslər üçün isə 5 il təşkil edir.

Fərz edək ki, hüquqi şəxs 2019-cu ilin nəticəsini 10.000 manat zərərlə bağlayıb. Sözsüz ki, o, 2019-cu ildə mənfəət əldə etmədiyinə görə mənfəət vergisi ödəməyəcək. Lakin bu azmış kimi, hətta 2020-ci ildə 7000 manat mənfəət əldə etsə belə, o, yenə də mənfəət vergisi ödəmir, çünkü bu mənfəət 2019-cu ilin zərərinin kompensasiya edilməsinə yönəldilir. 2021-ci ildə 5000 manat mənfəət əldə etdiyi halda isə, həmin hüquqi şəxs bu mənfəətin yalnız 2000 manat hissəsindən mənfəət vergisi ödəyəcək, çünkü 3000 manat 2019-cu ilin zərərinin qalıq hissəsinin kompensiasiya edilməsinə yönəldiləcək.

121-ci maddə yalnız 114-cü və 115-ci maddələrdə nəzərdə tutulan amortizasiya və təmir xərclərinin normalarından aşağı norma tədbiq edilməsi nəticəsində yaranan və növbəti illərə keçirilən məbləğlər növbəti ilin gəlirləri hesabına kompensasiya edilməsinə yol vermir.

İqtisadiyyatSahibkar Kəmalə Eynullayeva: “Kiçik və orta sahibkarlığın inkişafı məşğulluğun təmin olunmasına imkan verir” VergiŞəhid övladları üçün müəyyənləşdirilmiş vergi güzəştində yaş həddi qoyulurmu? İqtisadiyyatLeonid Zayats: “İqtisadi əməkdaşlıq Belarus-Azərbaycan əlaqələrinin inkişafının flaqmanıdır” VergiOnlayn təlimlərə görə qeyri-rezidentin ƏDV-yə cəlb olunması VergiNaxçıvanda uçot məlumatlarının dürüstləşdirilməsinə başlanılıb İqtisadiyyatPwC: Azərbaycanda şirkətlər ölkə iqtisadiyyatının daha da yüksələcəyinə əmindirlər VideoVergi ödəyicilərinin nəzərinə! Ekspert RəyiFiziki şəxs icarə müqaviləsi bağlamadıqda onu hansı təhlükə gözləyir? VergiMəktəbdə ödənişli sınaq imtahanları təşkil etmək sahibkarlıq fəaliyyəti hesab olunurmu? İqtisadiyyatXorvatiya ilə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar var