17 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Amerikalı jurnalist ölkəmizdə aparılan vergi islahatları barədə məlumatlandırılıb

Tanınmış amerikalı jurnalist Con Batçelor 2018-ci ilin sonlarında ölkəmizdə həyata keçirilmiş vergi islahatları barədə Azərbaycan Respublikasının vergilər naziri Mikayıl Cabbarovdan müsahibə götürüb.

Müsahibəsi zamanı amerikalı jurnalistin diqqətinə çatdırılıb ki, bu islahatları həyata keçirməkdə məqsəd kiçik və orta biznesin üzərindən vergi yükünün qaldırılması yolu ilə qeyri-neft sektorunun inkişafını təmin etməkdir. Müsahibədə Azərbaycanda kənd təsərrüfatı sektorunun ümumiyyətlə vergidən azad edildiyi vurğulanıb, bunun adıçəkilən sektorun inkişafını təmin etməklə bərabər, ölkənin kənd təsərrüfatı məhsullarının xarici ölkə bazarlarında satışı zamanı rəqabətliliyinin artmasına səbəb olduğu bildirilib. Qeyd olunub ki, vergi siyasəti iqtisadi inkişafı təmin etdiyi kimi, ölkənin iqtisadi inkişaf səviyyəsi də vergi siyasətinə önəmli təsir göstərir. Bu baxımdan, Azərbaycan Respublikası Vergilər Nazirliyinin ölkəmizin İqtisadiyyat və Maliyyə nazirlikləri ilə yaxından işlədiyi diqqətə çatdırılıb.

Həmçinin bildirilib ki, ölkəmizdə yalnız paytaxtda deyil, regionlarda da inkişaf gedir. Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq, bölgələrin sosial infrastruktur layihələrinə 10 milyardlarla manat sərmayə yatırılıb, üç mindən çox məktəb, altı yüzdən yuxarı xəstəxana tikilib və on minlərlə kilometr uzunluğunda yollar çəkilib.

Sonda qeyd olunub ki, Azərbaycanda əlverişli biznes mühiti yaradılıb və bu fakt Dünya Bankının "Doing Business 2019" hesabatında da öz əksini tapıb.

https://audioboom.com/posts/7204312-on-the-road-to-baku-prosperity-and-reform-lead-to-growing-government-revenue-for-national-projec

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?