24 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dövlət Vergi Xidmətinin əməkdaşlarının həmmüəllifliyi ilə hazırlanmış monoqrafiya nəşr olunub

Dövlət Vergi Xidmətinin əməkdaşlarının həmmüəllifliyi ilə hazırlanmış monoqrafiya nəşr olunub

Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov və Mərkəzin şöbə rəisi Nazim Əliyevin, eləcə də Müstəqil Dövlətlər Birliyinə daxil olan bir sıra ölkələrin alimlərindən ibarət beynəlxalq müəlliflər kollektivinin hazırladığı “Müasir pandemiya reallığının çoxcəhətliliyi” (Многогранность современной пандемической реальности) adlı multidissiplinar monoqrafiya Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində nəşr olunub.

Dövlət Vergi Xidmətindən bildirilib ki, monoqrafiya COVID-19 koronavirus pandemiyası ilə bağlı müasir dünyada yaranmış problemlərin tədqiqinə həsr edilib.

COVID-19 infeksiyasının mənşəyi və təbiəti ilə bağlı birmənalı mövqeyin olmamasını nəzərə alan beynəlxalq müəlliflər kollektivi ərsəyə gətirdikləri bu elmi əsərdə pandemiyanın tibbi, iqtisadi aspektləri ilə yanaşı, hüquqi və sosial cəhətlərini də araşdırıblar. Multidissiplinar monoqrafiyanın “Korrupsiya təzahürlərinin meyilləri və müasir pandemiya gerçəkliyində onunla mübarizənin səmərəliliyi” adlı müstəqil 19-cu fəsli bilavasitə Mirəli Kazımov və Nazim Əliyev tərəfindən hazırlanıb.

Monoqrafiya yalnız müvafiq sahənin mütəxəssisləri üçün deyil, həmçinin ali təhsil və elm müəssisələrinin əməkdaşları, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması