15 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kassa kitabının olmaması məsuliyyət yarada bilərmi?

İşgüzar prosesin mühüm elementlərindən biri də kassa kitabıdır. Kassa kitabının olmaması hansı məsuliyyətin yaranmasına səbəb ola bilər? Suala sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir.

“Kassa əməliyyatlarının aparılması haqqında” Qaydalarda göstərilir ki, pul vəsaitlərinin hərəkəti bu Qaydaya uyğun olaraq uçot sənədləri (kassa kitabı, kassa mədaxil və məxaric orderləri, qəbzlər, çeklər, bank ödəniş sənədi, elektron qaimə-faktura, alış aktları, elektron alış aktları, təhvil-qəbul aktları və digər təsdiqedici sənədlər) ilə rəsmiləşdirilmədikdə və ya həmin sənədlər mövcud olmadıqda, bu hallar pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması kimi qiymətləndirilir.

Vergi Məcəlləsinin 58.8.1-ci maddəsində isə yazılıb ki, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına – pul vəsaitinin 1.000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə 1.000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1.000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Təcrübi fəaliyyətdə Vergi Məcəlləsinin və Qaydaların bu müddəalarını əlaqənləndirmək lazım gəlir. Məcəllədə “uçotdan yayındırılma” dedikdə pul vəsailtərinin uçotdan gizlədilməsi və uçota alınmaması nəzərdə tutulur.

Qaydalarda göstərilən “.. kimi qiymətləndirilir” ifadəsi isə həmin sənədlərin olmamasının uçotdan gizlədilməsi və ya uçota alınmaması mənasını daşımır. Yəni kimsə siyahıda göstərilən sənədlərin olmamasını gizlədilmə kimi “qiymətləndirə bilər”, lakin vergi ödəyicisi vəsaitin kassadan silinməsini sübut etdikdə “qiymətləndirmə” qüvvəsini itirir.

Burada əsas olan vəsaitin kassadan silinməsidir. Bundan əlavə, qaydalarda “uçot sənədləri” adı altında böyük siyahı təqdim olunub və sonda “... digər təsdiqedici sənədlər” ifadəsi qeyd edilib. Belə bir məntiqi nəticə çıxarmaq olar ki, “uçot sənədlərinin olmaması” – siyahıdakı bütün sənədlərin və digər təsdiqedici sənədlərin olmaması deməkdir. Təkcə kassa kitabının olmaması uçotun pozulması və ya uçot sənədlərinin olmaması demək deyil.

Misal: Tutaq ki, mədaxili, məxarici təsdiq edən bütün sənədlər mövcuddur, kassa mədaxil, məxaric orderləri yazılıb. Və ya sənədlər var, kassa mədaxil və ya məxaric orderləri yazılmayıb. Ancaq hər iki halda kassa kitabı yoxdur. Bu, uçotun olmaması, uçotda gizlədilmə sayıla bilərmi? Təsdiqedici sənədlər olduğuna görə sayıla bilməz. Çünki vəsaitlərin mədaxili və məxarici sənədlərlə sübut olunur. Ona görə də belə hallar uçotdan gizlədilmə və ya uçotdan yayandırılma kimi qiymətləndirilmir.

Bunlara baxmayaraq, yaxşı olardı ki, vergi ödəyiciləri bütün kassa əməliyyatlarına aid kassa sənədlərini qaydalara uyğun rəsmiləşdirsinlər və kassa kitabını da tərtib etsinlər ki, sonradan problemlərlə rastlaşmasınlar.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?