11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

1500-dən çox obyektdə şənlik mərasimlərinə nəzarət həyata keçirilib

Şənlik mərasimlərinin müəyyən olunmuş tələblərə uyğun təşkilinə nəzarət məqsədilə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə şadlıq saraylarında gündəlik monitorinqlər davam etdirilir.

Dövlət Vergi Xidmətindən bildirilib ki, monitorinq qrupları tərəfindən bu günədək 1500-dən çox obyektdə şənlik mərasimləri keçirilərkən qayda və şərtlərə əməl olunması vəziyyəti araşdırılıb.

Növbəti monitorinqlər zamanı şənlik mərasimlərinin təşkil olunduğu bir sıra obyektlərdə bəzi qayda pozuntularına rast gəlinib. Bu, əsasən toy keçirilən məkanlarda qonaqların sayının icazə verilən normadan artıq olması, tədbirə qatılanların COVID-19 pasportunun olmaması və sair ilə bağlıdır.
Ümumiyyətlə, bu günədək monitorinq aparılan mərasimlərdə iştirak edən 193 mindən çox qonağın müvafiq sənədləri araşdırılıb, 20 min nəfərədək şəxsdə qanun pozuntusu halları aşkarlanıb. Həmçinin, şənlik təşkil edilən məkanların işçi heyətinin 800 nəfərdən çoxunun tələblərə əməl etmədiyi müəyyən olunub.

Monitorinq qrupları toy və məkan sahibləri ilə profilaktik söhbətlər aparıb, həll edilə bilən nöqsanlar yerindəcə aradan qaldırılıb və şənlik mərasimlərinin qaydalara uyğun davam etdirilməsi təmin olunub. Nümunəvi toy məclislərində yeni ailə quranlara monitorinq qrupları tərəfindən hədiyyələr təqdim ediblər.
Şənlik mərasimləri təşkil edən vergiödəyicilərinin və vətəndaşların nəzərinə bir daha çatdırılır ki, müəyyən edilmiş qayda və şərtlərə tam əməl olunmalı, işçi heyəti zəruri vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) təmin edilməlidir.

Məkan sahibləri şənlik məclisləri barədə “icaze.gov.az” portalında müvafiq qeydiyyat aparlmalı, zalların ölçüsünə, qonaq tutumuna, iştirakçıların müvafiq sənədlərə malik olmasına diqqət yetirməlidirlər.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?