4 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyasının tətbiqi

Bəzən intizamsızlıq və məsuliyyətsizlik, bəzən də diqqətsizlik və məlumatsızlıq vergi ödəyicilərini maliyyə sanksiyaları ilə üz-üzə qoyur. Maliyyə eksperti Şəms Hüseynova ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyasının hansı halda tətbiq olunmasına aydınlıq gətirir.

Vergi Məcəlləsinin 58.4-cü maddəsinə görə, bu Məcəllənin 155-ci maddəsinə müvafiq olaraq vergi ödəyicisi tərəfindən ƏDV üzrə qeydiyyat məcburi olduğu halda, qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə vergi ödəyicisinə ƏDV üzrə qeydiyyat olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Misal 1. Tutaq ki, ərzaq mağazası 01.02.2021- ci il tarixdən fəaliyyət göstərsə də, ƏDV qeydiyyatına 01.05.2021-ci ildə düşüb. Bu mağaza fevral ayında 300 manat, mart ayında 280 manat və aprel ayında 420 manat gəlir əldə edib. ƏDV qeydiyyatı olmadan fəaliyyət göstərdiyi üç ay (fevral, mart və aprel) ərzində büdcəyə ödənilməli olan ƏDV məbləği 180 manat təşkil edir.

Bu halda vergi ödəyicisi həm 180 manat ƏDV ödəyəcək, həm də ona ƏDV qeydiyyatı olmadan fəaliyyət göstərdiyi üç ay üçün 90 manat maliyyə sanksiyası tətbiq ediləcək.

300 manat (fevral ayının gəliri) + 280 manat (mart ayının gəliri)+420 manat (aprel ayının gəliri) = 1000 manat

1000 x 18% =180 manat (ƏDV üzrə qeydiyyat olmadan fəaliyyət göstərdiyiyi dövrə aid ƏDV məbləği)

180 x 50% = 90 manat (cərimə məbləği)

Vergi Məcəlləsinin 58.6-cı maddəsinə görə, Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən ƏDV məbləğinin malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Misal 2. Tutaq ki, hüquqi şəxs olan vergi ödəyicisi 08.05.2021- ci il tarixdə aldığı mallara görə 118.000 manat ödəniş etməlidir (Malların dəyəri 100.000 manat, ödənilməli ƏDV məbləği isə 18.000 manatdır (100.000 x18% = 18.000)).

Əgər vergi ödəyicisi olan hüquqi şəxs malların pulunu (100.000 manat) mayın 9-da, ƏDV məbləğini (18.000 manat) isə mayın 10-da ödəyərsə, Vergi Məcəlləsinin 58.6-cı maddəsinin tələbini pozmuş olur. Ona görə də ƏDV məbləğini gec ödədiyi üçün vergi ödəyicisinə 18.000 manat ƏDV məbləğindən əlavə 9.000 manat (18.000x50%) da maliyyə sanksiyası hesablanacaq.

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması