31 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yaşayış sahələrini təqdim edən fiziki şəxslərin vergi öhdəliyi

Qanunvericiliyə əsasən, mülkiyyətindəki yaşayış sahələrini təqdim edən fiziki şəxslər sadələşdirilmiş vergi ödəyicisi hesab olunurlar. Mövzunu İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev şərh edir.

Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq fiziki şəxs azı 3 (üç) təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahəsini təqdim etdikdə sadələşdirilmiş vergi hesabalanır. Məcəlləyə 2019-cu ildə edilmiş düzəlişlərə əsasən, fərdi yaşayış sahəsini satan fiziki şəxslərə güzəşt tətbiq olunur. Belə ki, fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin bu şəxslərin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyat müddətindən və ya qeydiyyatda olub-olmamasından asılı olmayaraq, həmin yaşayış sahəsinin təqdim edilməsi zamanı mənzilin 30 kvadratmetrədək hissəsi üçün sadələşdirilmiş vergi hesablanmır. Sadələşdirilmiş vergi dərəcəsi 30 kvadratmetr çıxdıqdan sonra qalan sahənin hər kvadratmetri üçün 15 manat hesablanır. Hesablama zamanı yaşayış və qeyri-yaşayış sahələrinin yerləşdiyi ərazi nəzərə alınmaqla, baza məbləği müvafiq zonaya aid əmsala vurulur.

Vergi Məcəlləsinin 220.8.1-ci maddəsində Bakı şəhəri və ölkə ərazisi üzrə yaşayış və qeyri-yaşayış sahələrinin və torpağın yerləşdiyi ərazi üzrə əmsallar müəyyən olunub. Bina və torpaq sahəsi Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş zonalardan asılı olaraq, aşağıdakı əmsallar tətbiq olunur:

ZONALAR

Yaşayış və qeyri-yaşayış sahələrinin və torpağın yerləşdiyi ərazi üzrə əmsal

1

4

2

3

3,4

2,2

5,6

1,8

7,8,9

1,5

10,11,12

1,2

Məcəllənin 220.8-ci maddəsinin digər müddəalarına əsasən yaşayış və qeyri-yaşayış sahələri:

- Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə - 1,5;

- Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə - 1,2;

- digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə - 0,5 əmsal tətbiq edilir.

Misal: Vətəndaş Bakı şəhərində 4-cü zonada yerləşən və 1 il əvvəl aldığı evi başqa bir vətəndaşa satır. Satılan evin sahəsi 10 kvadratmetrdir. Bu məlumatlar əsasında ev satan vətəndaşın sadələşdirilmiş vergi rejimi üzrə öhdəliyi aşağıdakı kimi olacaq:

110-30 = 80 m2.
80x4x15 = 4800 manat.

Beləliklə, ev satan vətəndaş mülkiyyətindəki 110 m2 mənzili satan zaman 4800 manat məbləğində sadələşdirilmiş vergi ödəməlidir.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?