24 Aprel 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hansı halda dividentlər vergidən azad edilir?

Dividentlərin vergidən azad edilməsi sahibkarların gəlir və xərclərinin uçotunun aparılması istiqamətində stimullaşdırıcı addımlardan hesab olunur. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 218-1.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan şəxslərə ödənilən dividendlər vergidən azaddır.

Vergi Məcəlləsi ilə müəyyən olunan qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan şəxslərə ödənilən dividendlər sadələşdirilmiş vergidən azaddır. Burada diqqət yetirilməli məqam odur ki, bu güzəşt Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlir və xərclərinin uçotunu aparan rezident müəssisənin təsisçisi (payçısı) və ya səhmdarları olan hüquqi şəxslərin dividend gəlirlərinə tətbiq olunur.

Misal: “AA” müəssisəsi xərclərinin uçotunu aparmır, ancaq yekunda divident gəlirlərinin vergidən azad olunması hüququndan istifadə edir. Vergi nəzarəti tədbirləri zamanı xərclərin uçotunun aparılmadığı müəyyən olunur. Bu halda azadolma qüvvədən düşmüş hesab ediləcək, dividend kimi ödənilən məbləğə ödəmə mənbəyində 10 faiz vergi tətbiq olunmaqla yanaşı, vergidən yayınma və xərclərin rəsmiləşdirilməməsinə görə maliyyə sanksiyaları da tətbiq olunacaq.

Vergi Məcəlləsində edilən dəyişikliklər yolu ilə gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı tələblər sərtləşdirildiyindən və bu istiqamətdə maliyyə sanksiyaları nəzərdə tutulduğundan gəlirin və xərcin uçotu qaydası ilə bağlı bəzi vacib məsələləri qeyd etmək istəyirik. Vergi ödəyiciləri gəlir və xərclərinin uçotunu Vergi Məcəlləsinə və mənsub olduqları fəaliyyət növünü nəzərə almaqla Azərbaycan Respublikası Prezidentinin “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında 19 aprel 2017-ci il tarixli və “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında 16 iyun 2017-ci il tarixli fərmanlarına uyğun olaraq aparmalıdırlar.

VergiMüəlliflik hüququndan istifadəyə görə verilən royalti ödənişlərindən vergi tutulurmu? VergiFəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisinin öhdəlikləri Vergiİşçilərin yemək xərcləri üçün ödənilən ƏDV məbləği əvəzləşdirilirmi? VergiTəlimçi kimi xidmət göstərən fərdi sahibkar 75 faizlik güzəştdən yararlana bilərmi? VergiDaimi iş vaxtı yolda keçən işçilərə ödənilən əlavə vəsaitlər vergiyə cəlb olunurmu? VergiƏcnəbi vətəndaşlar üçün vergi güzəşti VergiMəkləbli ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri VergiHüquqi şəxsin tərkibindən başqa bir hüquqi şəxsin ayrılması zamanı zəruri prosedurlar VergiRezidentin partnyorlara ödədiyi nəqliyyat və yemək xərclərinin gəlirdən çıxılması necə tənzimlənir? VergiElektron qaimə-fakturanın gecikdirilməsinə görə cərimə tətbiq olunurmu?