4 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fiziki şəxs evini və ya obyektini satarkən nə qədər vergi ödəməlidir?

Fiziki şəxsin mülkiyyətində olan yaşayış səhəsinin satışı zamanı vergi öhdəliyi yaranır. Burada hansı məqamlara diqqət yetirilməlidir? Mövzunu iqtisadçı ekspert, Azərbaycan Kooperasiya Universitetinin dosenti Ədalət Əsədov şərh edir.

Vergi Məcəlləsinin 198.1.1 –ci maddəsinə əsasən, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə dərəcələr tətbiq olunur. Bina Bakı şəhərində yerləşdikdə, verginin məbləği həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə hesablanır.

Burada diqqət yetirilməli məqamlar bunlardır:

- vətəndaş 3 il və ya daha çox müddətdə həmin ünvanda qeydiyyatdadırsa, bu zaman həmin əmlakın satışı üzrə vergidən azaddır.

- vətəndaşın şəxsi mülkiyyətində olan yaşayış sahəsinin satışı zamanı bu şəxsin həmin ünvana qeydiyyatda olub-olmamasından aslı olmayaraq ümumi sahənin 30 kvadratmetrdək olan hissəsi vergidən azaddır;

- şəxsin əmlakı bağışlanma və ya vərəsəliklə digər ada keçdiyi halda da vergi hesablanmır;

- vətəndaş 5 ildən az müddətdə sahibi olduğu yaşayış sahəsini satarkən zonalara uyğun olaraq vergi hesablanır.

Misal 1: Fiziki şəxs sahibi olduğu evi digər bir fiziki şəxsə satır. Sahəsi 100 kvavratmetr olan ev Bakı şəhərində 2-ci zonada yerləşir. Evi satan şəxs bu evdə 2 ildir qeydiyyatdadır. Bu hal üçün sadələşdirilmiş vergi aşağıdakı kimi hesablanır:

100 – 30 = 70 m2.
70 x 3 x 15 manat = 3.150 manat.

Vergi notarius tərəfindən hesablanır və bir bank günü ərzində dövlət büdcəsinə ödənilir. Notarius vasitəsilə aparılan əməliyyatlar üzrə verginin hesablanmasına və verginin dövlət büdcəsinə ödənilməsinə görə məsuliyyəti notariat orqanı daşıyır. Notarius vergini əməliyyat zamanı birbaşa satıcı tərəfdən tutur. Qeyri-yaşayış sahələri təqdim edilərkən də buna oxşar olaraq vergilər notarius tərəfindən hesablanır və tutulur.

Misal 2: Fiziki şəxsə özünə məxsus olan və Bakı şəhərində 2-ci zonada yerləşən 100 kvadratmetrlik qeyri-yaşayış sahəsini digər fiziki şəxsə satır. Bu halda sadələşdirilmiş vergi 1-ci misaldakından fərqli olaraq aşağıdakı kimi hesablanır:

100 x 3 x 15 = 4.500 manat.

Xatırladaq ki, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi hər kvadratmetri üçün 15 manat olmaqla hesablanır. hesablama zamanı, yaşayış və qeyri-yaşayış sahələrinin yerləşdiyi ərazıdən asılı olaraq, baza məbləği müvafiq zonaya aid əmsala vurulur. Zona əmsalları aşağıdakı kimi müəyyən olunub:

birinci zona - 4.0;
ikinci zona - 3.0;
üçüncü və dördüncü zonalar - 2.2;
beşinci və altıncı zonalar - 1.8;
yeddinci, səkkizinci və doqquzuncu zonalar - 1.5,
onuncu, on birinci və on ikinci zonalar üçün 1.2.

Bina Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində yerləşdikdə, sadələşdirilmiş vergi məbləğinə 1.5, Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində yerləşdikdə – 1.2, digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) yerləşdikdə - 0.5 əmsalları tətbiq olunur.

Qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi əlavə olaraq 1.5 əmsalına vurularaq hesablanır və notariuslar tərəfindən tutulub bir iş günü ərzində müvafiq bank vasitəsilə büdcəyə ödənilir.

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması