30 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Vergi Xidməti maarifləndirici bukletlər hazırlayıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən maarifləndirici bukletlər hazırlanıb və qurumun rəsmi internet səhifəsində yerləşdirilib.

Vergi Xidmətindən bildirilib ki, “Maliyyə sanksiyaları, faizlər və digər məsuliyyət tədbirləri barədə yaddaş”, “Vergi ödəyicisinin hüquq və vəzifələri”, “Vergi borclarının ödənilməsi”, “Dövlət büdcəsinə ödənilən torpaq vergisi”, “Sadələşdirilmiş vergi”, “Onlayn kassanın tətbiqi”, “Mədən vergisi”, “Mənfəət vergisi”, “Kommersiya qurumlarının dövlət qeydiyyatına alınması”, “Hüquqi şəxslərin əmlak vergisi”, “Fiziki şəxslərin uçotu”, “Sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyəti ilə əlaqədar fiziki şəxslərin gəlir vergisi”, “Əlavə dəyər vergisi”, “Bələdiyyə vergiləri”, “Aksizlər” və “Daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirin vergiyə cəlb edilməsi” adlı bukletlərdə vergi ödəyiciləri üçün zəruri məlumatlar barədə ətraflı izahat yer alır.
Bukletlərlə tanış olmaq üçün aşağıdakı keçiddən istifadə edilə bilər: https://www.taxes.gov.az/az/page/vergilere-aid-nesrler

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?