17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Vergi Xidmətinin əməkdaşları EBRA-nın konfransında iştirak ediblər

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları Avropa Biznes Qeydiyyatçıları Assosiasiyasının (EBRA) video formatda keçirilən hesabat konfransında iştirak ediblər. Tədbirdə Azərbaycan Respublikasını Dövlət Vergi Xidmətinin Dövlət qeydiyyatı baş idarəsinin rəisi Ələkbər Məmmədov, Beynəlxalq əlaqələr baş idarəsinin şöbə rəisi Eldar Babazadə və Dövlət qeydiyyatı baş idarəsinin əməkdaşı Fərqanə İbrahimova təmsil ediblər.

Konfransda təşkilatın Baş Assambleyasının onlayn qaydada həyata keçirilməsi, EBRA-nın 2020-ci il üzrə maliyyə hesabatları, 2021-ci il üçün Faəliyyət Planı və büdcəsi, işçi qrupların fəaliyyəti, beynəlxalq biznes qeydiyyatçılarının hesabatı, qurumun platformasının yaradılması, bir neçə Avropa ölkəsinin qoşulduğu EBOCS layihəsi (Avropa Biznes Mülkiyyətçiləri və Nəzarət Strukturları) və təşkilatın yeni İdarə Heyətinin formalaşdırılması üçün seçkilərin keçirilməsi üzrə hesabatlar təqdim edilib, qeyd olunan mövzular ətrafında geniş müzakirələr aparılıb.

EBRA 2019-cu ilin aprelində Avropa Biznes Qeydiyyatçıları və Avropa Ticarət Qeydiyyatçıları Forumunun koalisiyası yolu ilə təsis edilib. EBRA - biznes reyestri siyasətinə, əməliyyatlarına və texnologiya təşəbbüslərinə dair məlumat verən biznes reyestri mütəxəssislərinin birliyidir. Təşkilatın 33 ölkədən 40 üzvü var, onlardan 34-ü tam, 6-sı isə assosiativ üzvlərdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti təşkilatın tamhüquqlu üzvüdür və səsvermə prosesində 2 səsə malikdir.

Təşkilatın əsas məqsədi əməkdaşlıq edən biznes qeydiyyatçılarının beynəlxalq icmasının yaradılmasıdır. EBRA üzvlüyü stimullaşdırmaq üçün ekspert müzakirəsi, təcrübə və bilik mübadiləsi vasitəsilə biznes qeydiyyatçılarına ən yüksək səviyyəli xidmətlər təqdim etməklə onları dəstəkləyir. Assosiasiya Avropa Biznes Qeydiyyatı Şəbəkəsini (EBR) idarə edir. Şəbəkə vasitəsilə 22 Avropa ölkəsinin biznes reyestri məlumatlarına onlayn giriş imkanı yaradılıb. EBR Avropa şirkətinin məlumatlarına hər bir üzvün rəsmi reyestr mənbəyindən birbaşa asanlıqla daxil olmaq imkanı verir. EBRA qeydiyyat sahəsində siyasəti və ümumi problemləri təhlil etmək məqsədilə işçi qrupları və tədqiqat layihələrini müəyyənləşdirir və əlaqələndirir. Hazırda EBRA-nın standart qətnamələr və yeni İdarə Heyətinin tərkibinin müəyyən edilməsi üçün üzv ölkələr tərəfindən səsvermə yolu ilə onlayn seçkilər həyata keçirilir.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri