13 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fiziki şəxslər muzdlu işlə bağlı nə qədər vergi ödəyir?

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlir nəzərdə tutulur.

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinə görə, fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 2500 manatdan çox olan məbləğin 25 faizi məbləğində gəlir vergisi tutulur.

Həmçinin fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda 200 manat, illik gəliri 30 min manatadək olduqda isə 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?