7 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Yaponiya ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya müzakirə edilib

Yaponiya ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya müzakirə edilib

Azərbaycan və Yaponiya arasında gəlirə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında yeni Konvensiya layihəsi üzrə növbəti danışıqlar aparılıb. Danışıqlarda Azərbaycan tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ekspertləri, Xarici İşlər Nazirliyinin və Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndələri, Yaponiya tərəfindən isə Xarici İşlər və Maliyyə nazirliklərinin səlahiyyətli şəxsləri iştirak ediblər.

Qeyd edilməlidir ki, bu, cari ildə müvafiq sənəd layihəsi üzərində müzakirələrə həsr edilmiş 2-ci görüşdür. Bu ilin fevral ayında Dövlət Vergi Xidmətinin ekspertləri ilə Yaponiyanın Maliyyə Nazirliyinin ekspertləri arasında videokonfrans vasitəsilə görüş təşkil olunmuş və yeni Konvensiyanın layihəsi üzrə ilkin müzakirələr aparılmışdı.

Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Orxan Musayev müzakirələr zamanı qeyd edib ki, yeni Konvensiyanın imzalanacağı təqdirdə hər iki ölkənin sərmayəçiləri üçün əlverişli şərait yaranacaq. Bu səbəbdən, yeni sənəd məlumat mübadiləsinin genişlənməsi və vergi borclarının yığılmasında səmərəli mühitin formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir.

Müzakirələr zamanı 2022-ci ilin “Azərbaycan-Yaponiya dostluq ili”nin olduğu nəzərə alınaraq, yeni Konvensiyanın bütün müddəalarının növbəti ilə qədər tam razılaşdırılması istiqamətində bütün zəruri işlərin görüləcəyi vurğulanıb. Ölkələrimiz arasında yeni Konvensiyanın bağlanması həm Yaponiya, həm də Azərbaycan sərmayəçilərinə əlverişli şəraitin yaradılması və xarici iqtisadi fəaliyyətin təşviqi baxımından böyük əhəmiyyət kəsb edir. Konvensiya layihəsi, həmçinin, hər iki ölkənin vergi orqanları arasında vergidən yayınmanın qarşısının alınması sahəsində əməkdaşlıq və məlumat mübadiləsinin təşkil edilməsini təmin edəcək.

İki gün davam edən müzakirələrin nəticəsi olaraq, Konvensiya layihəsinin vergitutma ilə bağlı olan bütün müddəaları üzrə razılıq əldə edilib. Hər iki tərəfin Xarici İşlər nazirliklərinin səlahiyyətlərinə aid olan maddələrin əksəriyyəti razılaşdırılsa da, bir neçə maddə növbəti danışıqlar üçün hələlik açıq qalıb. Ümumilikdə, müzakirələr qarşılıqlı anlaşma mühitində keçib və açıq qalmış maddələrin tez bir zamanda razılaşdırılması istiqamətində bütün səylərin göstərilməsi ilə bağlı razılığa gəlinib.

Məlumat üçün: Son illər ikiqat vergitutmanın aradan qaldırılmasını nəzərdə tutan sazişlər şəbəkəsi əhəmiyyətli dərəcədə genişlənib. Azərbaycanın imzaladığı 55 sazişdən 54-ü artıq qüvvəyə minib, 1 saziş isə müvafiq prosedurlar tamamlandıqdan sonra qüvvəyə minəcək.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?