22 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İnvestisiya təşviqi sənədi üzrə gətirilmiş avadanlıqlar hansı halda vergiyə cəlb olunur?

İnvestisiya təşviqi sənədi üzrə gətirilmiş avadanlıqlar digər şirkətə ƏDV ilə yoxsa ƏDV-siz satılır?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinə uyğun olaraq investisiya təşviqi sənədi müvafiq qaydalarla müəyyən olunmuş meyarlara tam cavab verən investisiya layihələrini təqdim etmiş sahibkarlara verilir.

İnvestisiya təşviqi sənədi, həmçinin Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir.

Vergi Məcəlləsinin 164-cü maddəsi əsasən investisiya təşviqi sənədi alan şəxsə ƏDV üzrə güzəştlər yalnız müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı tətbiq olunur.

Qeyd olunanlara əsasən, investisiya təşviqi sənədi alınmış və vergi azadolmaları tətbiq edilməklə idxal olunan avadanlığın sonradan investisiya fəaliyyətinə aid olmayan əməliyyat çərçivəsində təqdim edilməsi ƏDV-nin vergitutma obyektidir.

VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur?