1 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi Xidmətinin əməkdaşları “Avrasiya vergi həftəsi” beynəlxalq elmi-praktik konfransında iştirak ediblər

MDB vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının XXVII iclasının protokolunun icrası məqsədilə Rusiya Federal Vergi Xidməti tərəfindən “Avrasiya vergi həftəsi” beynəlxalq elmi-praktik konfransı çərçivəsində MDB dövlətlərinin vergi xidmətləri, MDB İcraiyyə Komitəsi və Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin birgə iştirakı ilə “MDB-yə üzv dövlətlərdə rəqəmsal aktivlərin vergitutmasının aktual problemləri” mövzusunda videokonfrans formatında seminar-praktikum keçirilib.

Seminarda “Dünyada rəqəmsal vergitutma”, “Kriptoaktivlər sferasında qanunvericiliyin inkişaf meylləri”, “Fiziki şəxslərin rəqəmsal işarələr (tokenlər) ilə əməliyyatları zamanı gəlirlərinin vergitutması” və s. aktual mövzularda məruzələr dinlənilib.

Azərbaycandan seminarda DVX-nin Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov, Mərkəzin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyev, DVX-nin Rəqəmsal vergi inzibatçılığı baş idarəsinin Onlayn kassa aparatlarının monitorinqi şöbəsinin rəisi Zaman Məmmədov, Vergi siyasəti baş idarəsi Xarici ölkələrin vergi qanunvericiliyi və inzibatçılığının öyrənilməsi və fiziki şəxslərlə iş şöbəsinin əməkdaşı Aqşin Sadıqov və Beynəlxalq əlaqələr baş idarəsinin əməkdaşı Esmira Məmmədova iştirak ediblər. M.Kazımov tədbirdə “Kriptovalyutalar ilə aparılan əməliyyatlar zamanı törədilən vergi hüquq pozuntuları ilə mübarizənin aktual problemləri” mövzusunda məruzə ilə çıxış edib.

Bundan başqa, DVX-nin Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov və Mərkəzin şöbə rəisi Nazim Əliyev Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin “Korrupsiyaya qarşı səmərəli mübarizə iqtisadi fəaliyyətdə şəffaflığın təmin edilməsinin həlledici amili kimi” mövzusu üzrə videokonfrans formatında təşkil etdiyi beynəlxalq dəyirmi masada da iştirak edib. Tədbirdə MDB ilə yanaşı, Avropa İttifaqının və digər xarici dövlətlərin korrupsiya cinayətlərinə qarşı mübarizə üzrə mütəxəssislərinin, elm-təhsil müəssisələrinin ekspertlərinin məruzələri dinlənilib, müzakirələr aparılıb.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ